Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniya və Aİ arasında danışıqların növbəti mərhələsinin vaxtı açıqlanıb

Böyük Britaniya və Avropa İttifaqı (Aİ) arasında danışıqların növbəti mərhələsinin vaxtı açıqlanıb.

Bu barədə Aİ-nin "Brexit" danışıqları üzrə müşaviri Mişel Barnier mətbuat konfransında deyib.

Mişel Barnier Mişel Barnier

Aİ rəsmisi bildirib ki, "Brexit" sonrası Britaniya və Aİ münasibətləri ilə bağlı müzakirələr mayın 11-i və iyunun 1-nə təyin edilib.

Mişel Barnier Britaniya ilə Aİ arasında "Brexit"dən sonrakı ticarət danışıqlarında irəliləyişin olmadığını və bundan məyusluğunu dilə gətirib. O, iyunun 30-da keçid dövrünün uzadılması ilə əlaqədar ortaq bir qərar veriləcəyini vurğulayıb.

Qeyd edək ki "Brexit"dən sonra keçid dövrü bu ilin dekabrında bitir. Britaniya hökuməti keçid dövrünün uzadılmayacağını bildirib. (Apa.az)

Son xəbərlər
Bütün xəbərlər »