Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qonşu ölkədə valyuta ajiotajı: Banklardan əmanətləri kütləvi çıxarırlar

Rusiyada əmanətçilər banklardan pullarını kütləvi şəkildə çıxarmağa başlayıb. Qonşu ölkənin Mərkəzi Bankı bununla bağlı məlumat yayıb. Səbəb kimi neftin qiymətinin aşağı düşməsi, rublun dəyər itirməsi göstərilir.

Bizimyol.info xəbər verir ki, Rusiya banklarına pul yatıran əmanətçilər apreldə 5 milyard dollar götürüblər. Bu, ümumi məbləğin 5,3 faizi deməkdir. Martın sonlarına olan məlumatına görə, Rusiya banklarında əmanətçilərin 94,3 milyard dolları vardı. Məbləğ 89,3 milyard dollara düşüb. Bir ay ərzində banklardan bu qədər vəsait çıxarılmasına axırıncı dəfə 2008-ci ildə təsadüf edilmişdi.

Moskva Moskva, Rusiya / Foto: Pixabay.com

Eyni zamanda Rusiya Mərkəzi Bankı iddia edir ki, rubl depozitlərinin həcmi artıb. Guya banklara daha 20 milyard rubl qoyulub. Mərkəzi Bank rublla depozitlərin ümumi həcminin 24,5 trilyon rubl (təxminən 330 milyard dollar) olduğunu bildirir.

Ümumiyyətlə, martın 6-dan – Rusiya ilə Səudiyyə Ərəbistanının neft razılaşmasının pozulmasından sonra qonşu ölkə vətəndaşlarının yerli banklara inamı azalıb. Əmanətçilər ehtiyat pulları evdə saxlamağa üstünlük verməyə başlayıb.

Paylaş »
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
››› Paşinyanın arvadı ilə bağlı araşdırma aparılır
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Vladimir Jirinovski: “Rusların, Moskvanın acığına Njde kimi faşistlərə abidələr ucaldılır”
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »