Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vəkillər dövlətin tətbiq etdiyi sosial güzəştləri dəstəkləyirlər

“Vəkillərin sosial sığorta yükünün optimallaşdırılması vəkillərin sosial təminatının gücləndirilməsinə yönəlmiş bir addımdır”

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar açıqlandı. Nəzərdə tutulan tədbirlər həm məşğul əhalini, həm də işləməyən vətəndaşların sosial təminatını təmin edir, eyni zamanda onlara birbaşa yardımın həyata keçirilməsini nəzərdə tutur.

Koronavirusdan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə nəzərdə tutulan vergi güzəştlərinin və tətillərinin verilməsi ilə bağlı təkliflər layihəsi Millic Məclisə daxil olub.

İqtisadiyyat Nazirliyinin hazırladığı “Pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətilləri mexanizmi”nə uyğun olaraq, vəkillərin sosial sığorta yükü optimallaşdırılacaq. Layihədə bu kateqoriya üzrə şəxslərin sosial sığorta yükünün əldə etdikləri gəlirlərdən xərclər çıxılmaqla, sosial sığorta haqqının 10 faizi miqdarında müəyyən olunması nəzərdə tutulur.

Vəkillərin ödədikləri dövlət sosial sığorta haqlarının xərclərinin 20 faizdən 10 faizədək azaldılması ilə bağlı Bizimyol.info Vəkillər Kollegiyasının üzvlərindən, vəkillərdən açıqlamalar alıb.

Vüqar Babayev Vüqar Babayev

Vəkil Vüqar Babayev açıqlamasında pandemiyadan zərər çəkmiş sahələr üçün nəzərdə tutulan dövlət dəstəyi tədbirlərinin vəkillərə şamil olunmasının önəmindən danışdı: “Əlbəttə, bu məsələ vəkillər üçün də önəmlidir. Belə ki, sosial sığorta xərclərinin azaldılmasını müsbət qarşılayırıq. Çünki pandemiya ilə əlaqədar elan edilmiş xüsusi karantin rejimin tətbiq edilməsi, məhkəmə proseslərinin bu müddət ərzində təxirə salınması vəkillərin də gəlirlərində əhəmiyyətli azalmaya səbəb olmuşdur. Bu baxımından sosial sığorta haqqının 20 faizdən 10 faizə endirilməsi vəkillərin xərclərinin azalması ilə nəticələnəkdir, ki bu da gəlirlərə müsbət təsir göstərəcəkdir”.

Sirac Piriyev Sirac Piriyev

Vəkil Sirac Piriyev bildirib ki, təqdim edilən dəyişiklik paketində Vergi Məcəlləsi ilə yanaşı "Sosial sığorta haqqında" Qanunda da müəyyən güzəştlərin edilməsi nəzərdə tutulmuşdur: “Qanunun 14.5.5-ci maddəsinə edilməsi gözlənilən dəyişikliyə görə, vəkillər, sərbəst mühasib və sərbəst auditorların əldə etdikləri gəlirdən xərclər çıxılmaqla 10 faiz dərəcə ilə sosial sığorta haqqı tutulacaqdır. Göründüyü kimi, yalnız faiz dərəcəsinin aşağı salınması deyil, eyni zamanda gəlirdən xərclərin çıxılmasının nəzərə alınması da normaya əlavə olunmuşdur ki, bu da əvvəlki qeyri-müəyyənliyi aradan qaldıracaqdır”.

Vüqar Səfərli Vüqar Səfərli

Vəkil Vüqar Səfərli bildirib ki, nəzərdə tutulan tədbirlər çərçivəsində Azərbayacanda vəkil, sərbəst mühasib və auditorların sosial sığorta yükü optimallaşdırılacaq: “Sosial sığorta qanunvericiliyi çərçivəsində koronavirus pandemiyasının mənfi təsirinə məruz qalmış sahələrdə çalışan bir sıra sahibkarlıq subyektlərinin sosial sığorta yükü də azaldıla bilər. Bununla bağlı müzakirəyə çıxarılmış güzəştlər geniş spektri əhatə edir.

Bu kateqoriya üzrə şəxslərin sosial sığorta yükünün əldə etdikləri gəlirlərdən xərclər çıxılmaqla 10 faizi miqdarında müəyyən edilməsi nəzərdə tutulur. Bu layihəni Prezidentimiz tərəfindən həyata keçirilən islahatlara hörmətli sədrimiz, cənab Anar Bağırov tərəfindən dəstək verilməsi kimi qəbul etmək lazımdır. Bu vəkillərimizin fəaliyyətində şəffaflığın artırılmasına-nağdsız ödənişlərin təşviqinə, xidmət haqqının azaldılmamasına yönəldilmiş bir layihədir və təqdirə layiqdir”.

Absələddin Əliyev Absələddin Əliyev

Vəkil Absələddin Əliyev bildirib ki, vəkillərin sosial sığorta yükünün optimallaşdırılması ilə bağlı hazırlanmış təkliflər paketi hüquqi islahatların tərkib hissəsidir və gözlənilən dəyişikliklər birbaşa vəkillərin sosial təminatının gücləndirilməsinə yönəlmiş bir addımdır: “Vəkillər Kollegiyasının Rəyasət Heyətinin son 2 il ərzində göstədiyi fədakar əməyi dövlət rəhbərliyinin diqqət mərkəzindən kənarda qalmadı: “Məlum olduğu kimi, “Sosial sığorta haqqında” qanuna uyğun olaraq, vəkillər də həmin qanunla müəyyən olunan bir sıra şəxslər kimi məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Lakin vəkillərin cəlb olunduqları məcburi dövlət sosial sığorta haqqı digər fəaliyyət sahələrində çalışan şəxlərlə müqayisədə daha artıqdır. Qanuna nəzər salsaq görərik ki, Vəkillər Kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər - gəlirlərinin 20 faizi miqdarında sosial sığorta haqqı ödəməli olurlar.

Bura vəkillər tərəfindən göstərilən xidmətə görə qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə görə tutulan 14 faiz miqdarında vergini də nəzərə alsaq, onda bu, vəkillər üçün kifayət qədər yüklü əlavə xərc deməkdir. Təsəvür edin ki, vəkil göstərdiyi hüquqi xidmətə görə aldığı haqqın 34 faizini təkcə sosial sığorta və vergi şəklində ödəməli olur.

Ancaq bilirsiniz ki, vəkilin xərcləri yalnız bununla bitmir. O, hər ay üzvü olduğu Vəkillər Kollegiyasına üzvlük haqqı, vəkillərin sığorta bank hesabına vəsait ödəyir, ofisin saxlanılması üçün əlavə xərc çəkir.

Hazırda vəkil, sərbəst mühasib və auditorların sosial sığorta yükünün optimallaşdırılması ilə bağlı hazırlanmış təkliflər paketinin yalnız pandemiya dövrü ilə bağlı deyil, həm də ümumilikdə hüquqi islahatların tərkib hissəsidir. Gözlənilən dəyişikliklər birbaşa vəkillərin sosial təminatının gücləndirilməsinə yönəlmiş bir addımdır.

Əlbəttə ki, Vəkillər Kollegiyası Rəyasət Heyəti rəhbərliyinin son 2 il ərzində göstədiyi fədakar əməyi dövlət rəhbərliyinin diqqət mərkəzindən kənarda qalmayıb. Hesab edirəm ki, bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vəkilliyə və ümumiyyətlə məhkəmə-hüquq sisteminə göstərdiyi diqqətin davamıdır. Necə ki, bunu biz Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2018-ci il tarixli Sərəncamı, eləcə də "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanında və digər müvafiq sənədlərdə görmüşük”.

Ramid İbrahimov

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Ermənistanda sakinlər Gümrü-Yerevan avtomobil yolunu bağlayıb
Son xəbərlər
Bütün xəbərlər »