Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cümhuriyyət qurucularının xatirəsinin əbədiləşdirilməsi təklif olunur

Milli Məclisin deputatı Fazil Mustafa parlamentin plenar iclasında bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətin müstəqilliyini qorumaq üçün şəhid olanların xatirəsinin əbədiləşdirilməsi və Cümhiryyətin banilərindən biri Məhəməmd Əmin Rəsulzadənin Bakıda yaşadığı mənzilin muzeyə çevrilməsini təklif edib.

Deputatın təklifi ilə bağlı Bizimyol.info Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunun Tarixşünaslıq və Mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahovdan açıqlama alıb.

Ziyad Əmrahov Ziyad Əmrahov

“Fazil Mustafanın bu fikirləri Cümhuriyyət irsimizə dövlət səviyyəsində verilmiş qiymətin daha bir təntənəsi hesab olunmalı və təqdirəlayiq hal kimi qiymətləndirilməlidir”,-deyə Z.Əmrahov bildirib.

Tarixçi qeyd edib ki, Azərbaycan 70 illik sovet əsarətindən xilas olduqdan Cümhuriyyətlə bağlı çoxsaylı tədbirlər planı həyata keçirilib: “1998-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması, Cümhuriyyət irsinin bir qisminin elə həmin ildə nəşr olunması, daha sonra “İstiqlaliyyət abidəsi”nin ucaldılması ilə bağlı ölkə prezidentinin məlum sərəncamları xüsusilə qeyd olunmalıdır. Özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etmiş müstəqil Azərbaycan Respublikası bu addımla kifayətlənməyib, sonrakı illərdə uğurlu tədbirlərlə Cümhuriyyət irsinə sədaqət nümayiş etdirib. Biz bütün bunları son illərdə çox aydın şəkildə görə bilərik. Ölkə Prezidentinin məlum fərman və sərəncamları ilə Cümhuriyyətimizin 2018-ci ildə yubileyinin dövlət səviyyəsində qeyd olunması da bu qəbildəndir. Cümhuriyyətimizin yadigarı, Müsəlman Şərqində Avropa tipli ilk ali məktəbin, Bakı Dövlət Universitetinin 100 illik yubileyinin 2019-cu ildə dövlət səviyyəsində qeyd olunması da çox təqdirəlayiq hal və addımlardır. Müstəqil Azərbaycan Respublikası və ölkə rəhbərliyi təkcə bunlarla kifayətlənməmiş, Cümhuriyyətimizi qurub-yaradan dahi şəxsiyyətlərimizi də yaddan çıxarmamış, onlardan bir çoxunun yubileyləri də qeyd olunmuşdur. Bununla belə, bu sahədə hələ boşluqlar qalmaqdadır”.

Tarixçi Ziyad Əmrahov vurğulayıb ki, xüsusilə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini əbədiləşdirmək üçün hazırki Azərbaycan və Azərbaycan gəncliyinin bir çox şahidi olası hadisələrə, tədbirlərə ehtiyacı var: ““Cümhuriyyət Parkı" nın salınması, Cümhuriyyət qurucularının xatirəsini əbədiləşdirmək üçün onlara şəhərimizin ən görməli yerlərində abidə və meydanlar açılması, onların ev muzeylərinin yaradılması, xüsusilə Bakı Dövlət Universitetinin yaradılmasında müstəsna xidmətləri olan M.Ə.Rəsulzadənin Universitetin üzərində əbədiləşdirilməsi bu qəbildəndir. Bu baxımdan ölkə rəhbərliyinin apardığı bu siyasətin Azərbaycan Parlamentinin üzvləri tərəfindən dəstəklənməsi, Parlamentdə bununla bağlı təkliflərlə çıxış etməsi təqdirəlayiq haldır”.

Ramid İbrahimov

Paylaş »
››› Hadrutun hazırkı durumu: “Azərbaycanlı hərbçilər burada futbol oynayır” – Rusiya mətbuatı
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› BMT bəşəriyyət üçün faciənin yaxınlaşdığını bildirib
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
Son xəbərlər
Bütün xəbərlər »