Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kollektiv immuntet dünyanı xilas edə biləcəkmi... - Alimlərdən açıqlama

Kollektiv immunitet necə yaranır və o həqiqətən məlum pandemiyanın qarşısını ala bilərmi?

Bizimyol.info müxtəlif alimlərin fikirlərinə istinadən bu suallara cavab axtarır.

Dünyanın bir çox ölkələrinin ekspertləri qeyd edirlər ki, pandemiyadan ən sürətli çıxış yolu kollektiv immunitetin yaranmasdır. Məsələn İsveç, Belarus virusla mübarizə üçün bu yolu seçib. Lakin bu nəzəriyyənin tərəfdarları olduğu kimi onunla razılaşmayanlar da var.

Kollektiv immunitet necə yaranır?

Bu fikrin altında populyasiyanın müəyəyn vəziyyəti və mövcudluq şərti dayanır. İnfeksiya mənbəyi yoluxanların sayının kəskin artımına səbəb olmursa, əhalinin böyük əksəriyyətinin mövcud xəstəliyə qarşı dayanqılılığı zamanı yaranır. Yoluxma zənciri qırılır və o xəstədən sağlam adama keçə bilmir.

Bir çox ekspertlərin rəyinə görə kollektiv immunitetin yaranmasında peyvəndlər də mühüm rol oynayır.

Aakademik Anna Vorabçuk hesab edir ki, peyvənd keçirmiş insanlar da infeksiyaya yoluxa bilirlər, bununla belə risk əhəmiyyətli dərəcədə azalır. Qripə qarşı vaksinasiya ilk növbədə insanın qripdən ölməyəcəyinə zəmanət verir. Rusiyada qrip peyvəndi almış şəxslər arasında (4 milyon) bu günə qədər ölüm faktı qeydə alınmayıb.

Bir çoxları hesab edirlər ki, kollektiv immunitet təbii yolla yaranmalıdır. Bu fikirn tərəfdarları arasında alimlər və məşhur epidemioloqlar da var. Onların əsas arqumenti ən yaxın zamanda virusa qarşı vaksinin hazırlanmaq imkanının olmamasıdır.

İsveçin baş epidemioloqu Anders Teqnel may ayında Stokholmda sürü şəklində immunitetin yaranacağını bəyan edib.

O deyib ki, virusun yayılmasında hər bir vətəndaş öz məsuliyyətini dərk etməlidir. Kollektiv immunitet yaranmayınca onunla mübarizə imkansızdır.Karolina Universitetinin professoru S. Nokler hesab edir ki İsveç fəlakətin astanasındadır və təcili radikal tədbirlər görülməlidir.

Artıq Britaniya və Niderlanda ciddi mövqe tutub öz strategiyasını dəyişdi.

Təbii immunitetin yaranması məsələsi koronavirusda fərqli şəkildə özünü göstərdi, belə ki, sağalan şəxslərin yenidən yoluxması faktları da üzə çıxdı. ÜST də, təkrar epidemiya faktını istisna etmir. İnsan adətən virusla qarşılaşarkən immunitet öncə virusu tanımır. Onu orqanizmə buraxır, virus orqanizmdə parçalandıqdan sonra xəstəlik özünü göstərir.Yalnız bundan sonra immun sistemi işə düşüb orqanizmi müdafiə edir. Sağalan xəstədə immun yadaşı yaranır və təkrar yoluxma zamanı ağır xəstəlikdən qoruma effekti özünü göstərir. Koronavirusda bu hələ ki, mümkün olmayıb.

Rusiyalı alimlərin fikrinə görə, xəstələrin bir çoxunun virusu simptomsuz keçirməsi elə kollektiv immunitetin yaranması deməkdir. Akademik Viktor Zuyev bu fikirdədir. Akademik Katsın fikrinə görə isə kollektiv immunitet fikrinə uyub ümid etmək olmaz və nə zaman ki, vaksin yaranacaq, o zaman da kollektiv immunitet yaranacaq.

İlhamə

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› “Mina xəritələrinin verilməsində ABŞ-ın xüsusi vasitəçiliyi mühüm rol oynayıb”
››› Paşinyan çıxışı zamanı çoxlu səhv edib
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”
››› Göründüyündən də böyük hadisə
Son xəbərlər
Bütün xəbərlər »