Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İbrahim Kalın: “Soyqırım yalanı ilə Türkiyəyə zərər verə biləcəklərini düşünənlər yanılacaqlar”

“Soyqırımı yalanı və siyasi məqsədlərlə Türkiyəyə zərər verə biləcəklərini düşünənlər yenə yanılacaqlar. Törətmədiyi bir cinayətdən ötrü türk millətini məhkum etməyə çalışan və bir sıra qərarlar qəbul edən ölkələr əvvəlcə öz qaranlıq tarixlərinə nəzər yetirməlidirlər”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın deyib.

O bildirib ki, soyqırımı lobbisi və Türkiyəyə qarşı olan siyasi dairələr tarixi həqiqətləri təhrif edərək düşmənçilik toxumları səpmək cəhdləri edirlər: “Tarixi həqiqətlərdən gizlənənlər Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın 1915-ci il hadisələrini araşdırmaq üçün birgə tarixi komissiyanın təşkil edilməsi çağırışına cavab verməkdən hər zaman boyun qaçırdılar. 2009-cu ildə imzalanan, lakin həyata keçirilməyən protokollar Dağlıq Qarabağ münaqişəsinin həlli, siyasi və iqtisadi normallaşma və Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olması üçün atılmış bir addım idi. Bu addım Ermənistan tərəfindən və soyqırımı lobbisinin təzyiqi ilə cavabsız qaldı”.

İ.Kalın vurğulayıb ki, Birinci Dünya müharibəsindəki itkilər hər kəsin ortaq acısıdır: “Xırda siyasi məqsədlər üçün Türkiyə düşmənçiliyi edənlər tarixi həqiqətləri ört-basdır edə bilməzlər. Digər tərəfdən, 1973-1984-cü illər aralığında ASALA terror təşkilatı tərəfindən qətlə yetirilən türk diplomatlarını əsla unutmayacağımızı da hər kəs bilməlidir”.

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »