Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Yeni tədqiqatlar koronavirusla bağlı deyilənləri alt-üst etdi - Rəsmi açıqlama
Koronavirus

ABŞ-ın Nyu York ştatı üzrə həyata keçirilmiş tədqiqatlar koronavirusla bağlı indiyə qədər irəli sürülmüş iddiaları alt-üst edir.

Ştat üzrə aparılmış tədqiqatlar təsdiq edir ki, burada əhalinin 14 faizinin orqanizmində artıq koronavirusa qarşı anticisimlər var. Bu anticisimlər yalnız xəstəliyi keçirmiş şəxslərdə ola bilər. Bu o deməkdir ki, ştat əhalisinin 14 faizi artıq koronavirusun törətdiyi COVİD-19 xəstəliyini gizli formada sağ-salamat keçiriblər. Yəni ştatda artıq 2,7 milyon nəfər xəstəliyə yoluxub və sağalıb.

Endryu Kuomo Endryu Kuomo

Bizimyol.info xəbər verir ki, bu barəsə ştatın qubernatoru Endryu Kuomo məlumat verib.

Bununla da koronavirusla bağlı indiyə qədər ehtimal olunan ölüm nisbəti də yalana çıxmış olur. Bu tədqiqatlara əsasən ortaya çıxan ölüm faizi sadəcə, 0,5 faiz təşkil edir.

Rəsmən təsdiqlənən rəqəmlərə gəlincə, aparılmış testlər nəticəsində bu vaxta qədər Nyu York ştatında 263460 min yoluxma var və onlardan 15740 nəfəri həyatını itirib. Bu isə ölüm nisbətinin təxminən 6 faiz olduğunu göstərir.

Amma aparılmış tədqiqatlar xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirənlərin daha çox olduğunu təsdiqləyib və ölüm nisbətinin də reallıqda 0,5 faiz olduğunu üzə çıxarıb.

Paylaş »
››› Virusa inanmayanlar üçün: Ölən 100 min nəfərin adı paylaşıldı
››› İyunda bürcləri nə gözləyir...
››› Məktəbli qız araqdan komaya düşüb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
››› Oqtay Gülalıyevin oğlundan atası ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »