Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ÜST dərmanla bağlı yaydığı hesabatı “səhv” olduğu üçün silib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun müalicəsinə dair hesabatı “səhv” deyə silib.

Sondakika.com xəbər verir ki, ÜST koronavirusa qarşı istifadəsi nəzərdə tutulan “Remdesivir” dərmanının virusun müalicəsində təsirli olmadığına dair hesabat yayıb.

Sonra isə bu hesabatı silib.

Hesabatda dərmanın xəstəxanadakı yaşlı koronavirus xəstələrində klinik və ya virusoloji müalicədə fayda vermədiyi qeyd edilib.

ABŞ Prezidenti Donald Trampın “COVID-19-a qarşı perspektivli bir dərmandır” dediyi “Remdesivir”in yan təsiri olduğu da bildirilib.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »