Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada vətəndaşlıq almaq proseduru asanlaşdırılıb

Rusiya Prezidenti Vladimir Putin əcnəbilər üçün Rusiya vətəndaşlığını almaq prosedurunun asanlaşdırılması haqqında Federal qanunu imzalayıb.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə hüquq informasiya portalı məlumat yayıb.

Qeyd edək ki, Rusiya Dövlət Duması əcnəbilərə Rusiya vətəndaşlığını almaq prosedurunun sadələşdirilməsi haqqında qanun layihəsini qəbul edib. Yeni qanun layihəsində Rusiya vətəndaşlığı almaq istəyən xarici ölkə vətəndaşlarına Rusiya vətəndaşlığını qəbul edərkən mənsub olduğu ölkənin vətəndaşlığından imtina etməmək icazəsi verir.

Bundan başqa, yeni qanun ölkə vətəndaşlığını almaq istəyən əcnəbilərdən 3 il Rusiyada yaşamaq məcburiyyəti tələbini də ləğv edir.

Xatırladaq ki, indiyə kimi Rusiya vətəndaşlığı almaq istəyən əcnəbi şəxslər üçün şərtlərdən biri mənsub olduğu ölkənin vətəndaşlığından imtina etmək idi. Bundan sonra isə bu şərt tələb olunmayacaq

Paylaş »
››› Polis “Mehdi əz-Zaman”ı həbs etdi - Video
››› Sabiq nazir 11 il müddətinə azadlıqdan məhrum edilib
››› Bakıda cinsi azlıqların bayrağını əks etdirən oyuncaqlar yayılıb - Foto
››› Koronavirusa yoluxan və ölənlərin sayı kəskin azalıb: Virus dəyişibmi...
››› Azərbaycanda Türkiyə hərbi bazası Rusiyanı qorxutdu, Kreml təhdid etdi
››› Ermənistan yenə Kremli ifşa etdi: Rusiyanın Xəzərdəki qüvvələri bizə kömək edirdi
››› Qarabağ qazisi: "Əlillik pensiyamı kəsiblər, nə yeməliyəm, hava ilə dolanmalıyam?!"
Son xəbərlər
Bütün xəbərlər »