Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezidentə minnətdarlıq məktubları gəlməkdə davam edir

Koronavirus pandemiyası dövründə Azərbaycan əhalisinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı gördüyü mühüm işlərə görə Prezident İlham Əliyevə respublikamızın bütün guşələrindən minnətdarlıq məktubları gəlir.

Möhtərəm cənab Prezident.

Sizə nə qədər təşəkkür etsək, nə qədər öz dərin minnətdarlığımızı bildirsək azdir. Siz hər zaman Azərbaycan xalqının yanında olmusunuz və daim ölkə vətəndaşlarının sosial rifahının yüksəlməsinə xidmət edən siyasət irəli sürmüsünüz. Vətəndaşların sağlamlığı Sizin üçün hər şeydən önəmlidir. Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Koronovirusla Mübarizəyə Dəstək Fonduna ayrılan maddi vəsait, Sumqayit Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışı, Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlər, telekanallarda izlədiyimiz çıxışlarınız, açılışlarında şəxsən iştirak etdiyiniz səhiyyə ocaqları, bu və digər tədbirlərin həyata keçirilməsi bir daha sübut edir ki, Siz Azərbaycanı yaşadır, inkişaf etdirirsiniz.

Siz hər bir azərbaycanlının Prezidentisiniz. Mən bir vətəndaş və Azərbaycanın idman şərəfini daim ləyaqətlə təmsil edən idmançı olaraq Sizə öz dərin minnətdarlığımı bildirirəm.

Cənab Prezident, Sizinlə fəxr edirik. Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Cəfərov Zaur Əliağa oğlu

4 qat dünya, 4 qat Avropa çempionu

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.

Hörmətli cənab Prezident.

Mingəçevir şəhərində məskunlaşmış kəlbəcərli məcburi köçkünlər olaraq Sizin diqqət və qayğınız sayəsində bizlərə verilən təmirli və müasir avadanlıqla təchiz olunmuş mənzillərdə yaşayırıq. Sizə ailəmiz adından təşəkkür etməyi və minnətdarlığımızı bildirməyi özümə borc hesab edirəm.

Məlum olduğu kimi, dünyanı cənginə almış koronavirus (COVID-19) pandemiyası bizdən də yan keçməyib. Bu çətin dönəmə baxmayaraq, Sizin müdrik, operativ və düşünülmüş qərarlarınız həmişə olduğu kimi, yenə də neçə-neçə ailənin rahat və təhlükəsiz şəraitdə öz evində qalmasına, onların sosial təminatlarının ödənilməsinə şərait yaradıb.

Sizin liderliyiniz məhz xalqa illər boyu yorulmadan göstərdiyiniz xidmətləriniz sayəsində formalaşıb. Sizin siyasətinizin prioritetini bir tərəfdən vətəndaş amili, digər tərəfdən dünya hüdudlarından kənarda Azərbaycan adını ucaltmaq təşkil edir. Bu missiyanı isə Ulu Öndərimizdən sonra yalnız Sizin kimi rəhbər icra edə bilərdi. Bu baxımdan Siz Ümummilli Liderimizin dəst-xəttini çox layiqli şəkildə davam etdirirsiniz.

İnşallah, biz - kəlbəcərlilər, Mingəçevirin mədəniyyət işçiləri, şəhərdəki Heydər Əliyev Mərkəzinin əməkdaşları ömrümüzün sonuna kimi yanınızda olmağı özümüzə şərəf və borc bilirik. Allah Sizi qorusun.

Hörmətlə,

Xanlarov Emil Mikayıl oğlu, Kəlbəcər rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.

Möhtərəm cənab Prezident.

Mən, Bakı şəhəri, Yasamal rayonu, A.Hüseynzadə adına 20 №-li tam orta məktəb-liseyin 11-ci sinif şagirdiyəm. Hazırda bütün dünyada koronavirusla mübarizə getdiyi bir vaxtda Sizin zamanında verdiyiniz müdrik və mühüm qərarlar, qabaqlayıcı tədbirlər və onların nəticəsi göz önündədir. Ulu öndər Heydər Əliyev demişdir: “Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”. Bu şüara sadiq qalan müəllimlər, səbirlə, fədakarlıqla sağlamlığımızın keşiyində dayanan həkimlər, asayişi qoruyan polislər günümüzün qəhrəmanına çevrildilər. Amma belə bir zamanda biz gənclərə ən gözəl örnək, ən xeyirxah müəllim Siz oldunuz. Siz bu gün hər birimizə vətənpərvərlik, xeyirxahlıq, birlik, bərabərlik dərsi keçdiniz. Siz öz çıxışlarınızda daim vurğulayırsınız: “Gərək hər birimizin nəbzi Vətənin nəbzi ilə birgə vursun”. Bu ağır günlərdə də Sizin nəbziniz Vətənin və vətən övladının nəbzi ilə bir vurdu.

Əziz Prezidentimiz, biz əminik ki, Allahın köməyi, xalqımızın dəstəyilə bu ağır sınaqdan daha güclü və üzüağ şəkildə çıxıb, ali məktəblərə qəbul imtahanlarında iştirak edib, arzularımızı reallaşdıra biləcəyik. Çünki biz birlikdə güclüyük. Bu birlik Azərbaycanı zirvədən-zirvəyə aparıb, aparır və aparacaqdır.

Dərin hörmətlə,

Bakı şəhəri, A.Hüseynzadə adına 20 №-li tam orta məktəb-liseyin 11-ci sinif şagirdi Bəylərova Fidan Qurban qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.

Çox hörmətli cənab Prezident.

Bu gün bütün dünya koronavirus pandemiyası ilə vuruşur. Dünya bu virusun qarşısında aciz qalıb. Belə bir çətin vaxtda Azərbaycan xalqı öz dövlətini, şəxsən Sizi, yanında görməklə, öz Prezidentindən hər gün, hər an qayğı hiss etməklə təbii ki, böyük məmnunluq hissi keçirir. Biz jurnalistlər daim Sizin siyasətinizi dəstəkləmişik. Bu gün sübut olundu ki, bəşəriyyətin ən ali dəyəri elə sadəcə olaraq insanlıqdır. Sizin də siyasətinizin əsasında məhz bu humanist ideallar dayanır. Siz təhlükəni hiss etdiyiniz ilk gündən pandemiyaya qarşı hər bir tədbiri addım-addım həyata keçirdiniz. Bu tədbirlər həyati əhəmiyyət daşıdı. Çünki Azərbaycan elə bir geosiyasi məkanda yerləşir ki, burada virus təhlükəsi hər an qarşısıalınmaz bir hala çevrilə bilərdi. Bu gün hər kəs öz vətəndaşlıq mövqeyini ortaya qoymağı bacarmalı, Prezidentinin arxasında olmalıdır. Çünki, bu birlik imkan verəcək ki, biz pandemiyaya qalib gələk. Sizin rəhbərliyinizlə həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində tezliklə o gün gələcək. Yenidən həyat öz axarına düşəcək, yenidən uşaqlarımız məktəbə, bizlər də öz işimizə-gücümüzə gedə biləcəyik. Hər kəsə səbr diləməklə yanaşı, Sizə cansağlığı arzu edirəm. Qoy həyatımız əvvəlki axarına qayıtsın. İnsanlıq yaşasın. Həyat məhz insanların varlığı ilə gözəldir.

Dərin hörmətlə,

Mehdiyeva Elmira Mehdi qızı - jurnalist, Əməkdar Mədəniyyət İşçisi

Azərbaycan Respublikası, Zaqatala rayonu.

Möhtərəm cənab Prezident.

Mən bir gənc olaraq Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində ucaltdığı əzəmətli, müstəqil Azərbaycanın bugünkü inkişafı birmənalı olaraq Sizin uğurlu siyasətinizin nəticəsidir.

Bütün dünyanı ağuşuna alan koronavirus (COVID-19) pandemiyasının Azərbaycana təsirinin aradan qaldırılması istiqamətində hazırlanan dövlət proqramı bir daha sübut edir ki, ürəyi xalqla döyünən, hər bir vətəndaşının yanında olan Prezidentimiz var. Bu çətin günlərdə xalqın sağlamlığını və rifahını əsas götürərək, gördüyünüz işlər bizi də ölkəmizin firavanlığı üçün əlimizdən gələni əsirgəməməyə həvəsləndirir. Əminik ki, Sizin rəhbərliyinizlə bütün çətinliklər tezliklə arxada qalacaqdır. Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Kərimov Kərim Cənnət oğlu, tələbə.

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Umayra Tağıyeva qadınlara müraciət edib
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Yayda şən istirahətin ən ucuz yolu: Turla səyahət - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »