Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan XİN-in “dişsizlik” problemi: “Xarici işlər naziri dəyişməlidir”

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) fəaliyyəti, xüsusilə də qurumun son bəyanatı sərt şəkildə tənqid olunmaqdadır. Xüsusən bütün ekspert və politoloqların Azərbaycan XİN-in cavablarını dişsiz adlandırması yeni bir polemikanın əsasını qoyub.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Bizimyol.info-ya verdiyi açıqlamada qeyd edib ki, bu gün Rusiyanın dəstəyindən uzaq və Azərbaycanla üzbəüz qalmış Ermənistana qarşı bu qədər yumşaq cavab anlaşılan deyil.

Tofiq Zülfüqarov Tofiq Zülfüqarov

“İndi Azərbaycan Ermənistanla üzbəüz qalıb. İqtisadi böhran, maliyyə böhranı, Rusiyanın mövcud vəziyyəti bir çoxlarını düşündürür. Bu mənada birmənalı demək olar ki, artıq Ermənistanın işğalçı mövqeyinin əsas potensialı olan Rusiyanın dəstəyi demək olar qalmayıb. Bir müddət əvvəl də buna aid fikirlər səsləndirmişik ki, indi Azərbaycan Ermənistanla üzbəüz qalıb. Təbii ki, bu vəziyyət ilk növbədə erməniləri və onların havadarlarını narahat edir. Onlar başa düşürlər ki, bu gün heç olmasa bəyanat vermək iqtidarındadırlar, böhran davam etdikcə heç bəyanata da ehtiyac qalmayacaq.Yəni Ermənistanın verdiyi bəyanatlar xüsusi kəsim üçün hesablanıb, Azərbaycan XİN-in isə cavabı həmişəki danışıqların təkrarından başqa bir şey olmadı”.

Fəzail Ağamalı

Millət vəkili Fəzail Ağamalı Bizimyol.info-ya bildirib ki, Xarici İşlər Nazirliyində islahatlara ehtiyac var.  Yəni ölkəmizdə xüsusilə də 2018-ci ildən başlayaraq həyata keçirilən islahatlar xarici siyasət idarəsini də əhatə etməlidir.

“Məmmədyarovun erməni həmkarının bəyanatına cavab verməyib onunla Sergey Lavrovun vasitəçiliyi əsasında qlobal sağlıq problemlərini müzakirə təəssüf doğurur. Necə olur Ermənistan XİN başçısı nəinki Şuşa, Laçını, Ağdamı belə geri verməyəcəklərini bəyan edir, amma bizim nazir susaraq təmasların davamına razılaşır?

Xarici İşlər Nazirliyində islahatlara ehtiyac var. Bu qurum yeni çağırışlara və Prezidentin kursuna cavab vermir. Ona görə də nazir başda olmaqla, bütün heyət dəyişməlidir.

İllərdir ki, onun bir nazir olaraq Azərbaycanın xarici siyasətinin başçısı kimi bu baxımdan zərrə qədər töhfəsi olmayıb.

Ona görə mən düşünürəm ki, bu mövqe əlbəttə, bu gün Azərbaycan dövlətinin və dövlət başçısının siyasəti ilə, xətti il uzlaşmır”.

Mən belə başa düşürən ki, bu gün bizim problemimiz birbaşa xarici işlər naziri kimi Elmar Məmmədyarovla bağlıdır. Çünki bu gün ölkə prezidentinin Ermənistana münasibəti kifayət qədər qətiyyətlidir və dönməzdir “.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »