Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusa yoluxan həkim immun plazma ilə sağaldı

Türkiyənin Amasya şəhərində 20 gün öncə koronavirus diaqnozu qoyulan həkim Muzaffer Aşık immun plazma üsulu ilə sağlığına qovuşub.

“Qafqazinfo”nun “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, 37 yaşlı həkim 10 gün Amasyada müalicə aldıqdan sonra vəziyyəti daha da ağırlaşıb. Sağlamlıq Elmləri Universitetinin Samsun Təhsil və Araşdırma Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Aşıka daha öncə COVID-19-dan sağalan şəxsdən alınan immun plazma köçürülüb. İki gün sonra onun vəziyyəti stabilləşib, test nəticələri isə neqativ çıxıb.

Qeyd olunur ki, M. Aşık Samsunda immun plazma müalicəsi ilə koronavirusa qalib gələn ilk pasiyentdir. O, daha iki gün həkim nəzarəti altında saxlanıldıqdan sonra evə buraxılacaq.

Xəstəxananın Baş həkimi Ahmet Şen Qızıl Aypara Cəmiyyətindən əldə etdikləri immun plazmanı 3 xəstəyə verdiklərini və müsbət nəticələrlə üzləşdiklərini açıqlayıb: “Xəstələrdən oksigen müalicəsi olmadan “İndi yeməklərimi yeyə bilərəm” sözlərini eşitmək bizi sevindirdi. Digər üsullarla müalicə alan onlarla xəstəmiz var. Onların sağalması bizi sevindirir. Amasyada işləyən həmkarımız Samsunda immun plazma müalicəsi ilə sağalmış ilk xəstə oldu”.

Xəstəlikdən sağalan Muzaffer Aşık isə belə deyib: “Klinik cəhətdən çətin vəziyyətdə idim. Həkimlər tərəfindən tətbiq olunan immun plazma müalicəsi ilə bədənim tədricən düzəldi. Normal otağa keçirdilər, yenidən test edildi və nəticə neqativ çıxdı. Bir neçə gündən sonra xəstəxanadan çıxacağam. Əgər qanım uyğun gələrsə, mən də sağalan bir xəstə olaraq immun plazma bağışlayıb ən azından bir insanın həyatını xilas etmək istəyirəm”.

Xatırladaq ki, Türkiyədə 101 790 nəfərdə koronavirus aşkarlanıb, onlardan 2491-i ölüb

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› “Paşinyan Azərbaycanla sülh sazişi imzalayacaq” - Ermənistan mediası
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
Son xəbərlər
Bütün xəbərlər »