Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniya Səhiyyə naziri: "Boris Conson sağalır"

Böyük Britaniyanın Baş Naziri Boris Consonun səhhəti yaxşıdır.

APA-nın "Sky News"a istinadən verdiyi xəbərə görə bu barədə Britaniyanın Səhiyyə naziri Matt Hankok deyib.

“Mən əminəm ki, həkimlər tövsiyə etdiyi zaman Baş Nazir geri qayıdacaq. Bu qərar üçün Baş Nazir həkimləri ilə məsləhətləşmədir. Dünən onunla telefon əlaqəsi saxladım, o, çox yaxşı vəziyyətdədir və sağalır”, - deyə Səhiyyə naziri qeyd edib.

Xatırladaq ki, koronavirusa yoluxduğu təsdiqləndikdən sonra B. Conson 11 gün ev şəraitində karantində olub. Aprelin 5-də B. Conson müayinə üçün xəstəxanaya göndərilib. Baş Nazirin ofisindən B. Consonun xəstəxanaya getməsinin təcili hal olmadığını, ehtiyat xarakteri daşıdığını bildiriblər. Aprelin 6-da isə Baş Nazir koronovirus simptomları kəskinləşdiyi üçün reanimasiya şöbəsinə yerləşdirilib. Aprelin 9-da axşam saatlarında B. Conson reanimasiyadan palataya köçürülüb. Aprelin 12-də o, xəstəxanadan evə buraxılıb.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib, saxlanılanlar var
Son xəbərlər
Bütün xəbərlər »