Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dmitri Nazarovun komandası ciddi itki ilə üz-üzə

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın “Ertsgebirge” klubu maliyyə problemi ilə üzləşə bilər.

"Report" "Ostfussball" nəşrinə istinadən xəbər verir ki, klubun koronavirus dönəmində 2.5 milyon avroyadək itki ilə üzləşəcəyi gözlənilir. Bu məbləğ çempionat oyunlarında azarkeşlərin olmaması, sponsorluq məbləğinin və televiziya gəlirlərinin itməsindən yaranıb. Üstəlik, müqaviləsi bitmək üzrə olan 8 oyunçunun klubdakı taleyi qaranlıqdır.

Lakin Aue təmsilçisinin direktoru Mixael Foyqt bildirib ki, klubun müflis olmaq riski yoxdur: "Son illərdə klubu yaxşı idarə etdik və heç vaxt imkanlarımızdan üstün nəsə etmədik. Belə bir böhranda qarşılığını görürük. Klubun növbəti mövsüm üçün də mükəmməl vəziyyətdə olduğunu təsbit etdik. Kiçik tikinti sahələri hələ də bağlanmalı idi. Prezident Holqe Leonhardtın "Layihə 2023"ü uğurlu oldu. Nəticədə daha az futbolçunun müqaviləsi mövsüm sonunda bitir".

Qeyd edək ki, “Ertsgebirge” hələ ötən il Dmitri Nazarov və digər 5 oyunçu ilə müqaviləni 2023-cü ilin yayına qədər uzadıb. Azərbaycan millisinin 30 yaşlı yarımmüdafiəçisi 2016-cı ildən Aue təmsilçisinin formasını geyinir.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İranla sərhəddə şəhid olan kiçik gizirlə vida mərasimi keçirilir - Foto
Son xəbərlər
Bütün xəbərlər »