Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda koronavirusdan ölənlərin dəfn qaydaları müəyyənləşdi

Koronavirusdan ölən şəxslərin dəfn proseduru açıqlanıb.

Bu barədə məlumat TƏBİB-in tibb işçiləri üçün Müvəqqəti Rəhbərlikdə yer alıb.

Bildirilib ki, morq işçilərinə və cənazədən məsul şəxslərə ölünün şübhəli/təsdiqlənmiş COVID-19 diaqnozu ilə öldüyü barədə məlumat verilməlidir. Ölünü yuyan işçilər fərdi qoruyucu vasitələrdən (uzunboğaz əlcək, N95 maska, eynək və uzun önlük) istifadə etməli və istifadə olunan vasitələr tibbi tullantı qabına atılmalıdır.

Qaydaya əsasən, cənazənin qəbrə yerləşdirilməsi əsnasında əlcək istifadə olunmalıdır. Koronavirus diaqnozlu xəstələr öldüyü təqdirdə cənazə qəbrə qoyulduqdan sonra normal dəfn prosedurları tətbiq olunur.

Məlumata əsasən, ölən insanların şəxsi əşyaları ikiqat neylon torbaya qoyularaq verilir. Həmin əşyanın təkrar istifadəsi nəzərdə tutulursa, 60-90 dərəcədə yuyulmaqla istifadə edilə bilər.

Qeyd olunub ki, digər məsələlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fikirlərinə əsasən həyata keçirilir.

COVID-19 infeksiyası nəticəsində ölən şəxslərin ölkədaxili və beynəlxalq daşınma qaydaları da açıqlanıb.

"Hava yolları, avtomobil yolları və dəmir yolları vasitəsilə ölkə daxilində və xaricində cənazənin nəqli tabut içərisində həyata keçirilməli və cənazə tabutla birlikdə dəfn edilməlidir", - deyə Rəhbərlikdə qeyd olunub. (Apa.az)

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› “Paşinyan Azərbaycanla sülh sazişi imzalayacaq” - Ermənistan mediası
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
Son xəbərlər
Bütün xəbərlər »