Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliyada ilk dəfə gün ərzində sağalan yoluxandan daha çox oldu

İtaliyanın ağır koronavirus günləri yavaş-yavaş geridə qalır. Avropa ölkəsindən şad xəbərlər gəlir.

Bizimyol.info xəbər verir ki, İtaliyada ilk dəfə gün ərzində sağalanların sayı virusa yoluxanlardan daha çox olub. Son sutka ərzində 3 min 33 nəfərin yaxşılaşması rekordun rəsmiləşməsinə səbəb olub. Yoluxanların sayında isə daha aşağı göstərici qeydə alınıb (2646).

Təəssüf ki, ölənlərin sayında böyük azalma yoxdur. Son sutka ərzində infeksiyadan 464 nəfər həyatını itirib. Beləcə, ölənlərin sayı 25 min 549-a çatıb. İndiyə qədər ümumilikdə 189 min 973 İtaliya vətəndaşında virus aşkarlanıb. Avropa ölkəsinin Səhiyyə Nazirliyi 57 mindən çox italyanın sağaldığını bildirir.

COVİD-19 keçən ilin dekabrında Çinin Vuhan şəhərində ortaya çıxmışdı. İtaliyada fevraldan bu virus üzündən əziyyət çəkirlər. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, dünyada 2,7 milyondan çox insanda koronavirus aşkar olunub. Ölənlərin ümumi sayı 188 mini keçib.

Paylaş »
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
››› Sərhəddə nə baş verir və ya Qaragöl Ermənistanın əlinə necə keçmişdi...
››› Rusiya daha 5 ölkə ilə uçuşları bərpa edəcək
Son xəbərlər
Bütün xəbərlər »