Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkmənistanda virusa yoluxanlar var, amma hökumət təkzib edir

Dünyanın qapalı ölkələrindən sayılan Şimali Koreya və Türkmənistanda hələ də COVİD-19 qeydə alınmayıb.

Qərb mətbuatında yoluxma hallarının gizlədilməsi haqda çox danışılır.

Bizimyol.info xəbər verir ki, Türkmənistan hökuməti növbəti dəfə virusa yoluxmanı gizlətməkdə ittiham olunduğu üçün narahatlıq keçirməyə başlayıb. Ölkənin xarici işlər naziri Rəşid Mərədov yerli mətbuata rəsmi açıqlamasında deyib ki, belə hal olsaydı, gizlətmək əvəzinə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verməyi seçərdilər. Türkmənistanın səhiyyə naziri Nurməhəmməd Amannəpəsov həkimlərə 30 min test dəsti verildiyini söyləyib. Onun sözlərinə görə, 151 nəfər karantinə alınıb, amma heç birində virus aşkarlanmayıb. Nazir karantinə yerləşdirilənlərin əksərinin uzaq məsafələrə işləyən yük maşını sürücüləri olduğunu bildirib.

Türkmənistan hökuməti qonşu ölkələrlə sərhədləri bağlasa da, İranla ticarət əlaqəsi qalır. Yük maşınları bir-birinin ardınca sərhədi keçir.

Alternativ media isə Türkmənistandan başqa xəbərlər verir. Paytaxt Aşqabadda həkimlər xəstələri qəbul etməkdən boyun qaçırır. Çünki xəstəxanalar virusa yoluxanlar üçün hazırlanır. Alternativ media yazır ki, Türkmənabadda 7 nəfərdə virus aşkarlanıb, onlar ayrıca palataya yerləşdirilib.

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Sosial yardım alan ailənin bank hesabından 500 min avro çıxdı
››› Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
Son xəbərlər
Bütün xəbərlər »