Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neft müharibəsi davam edir: Rusiya razılaşmanı pozur

OPEK+ üzvlərinin aprelin 12-dəki videokonfransında ümumi razılaşma belə olmuşdu ki, sutkalıq neft hasilatı 9,7 milyon barel azaldılsın.

Bundan sonra qiymətin artacağı gözlənilsə də, əks proses baş vermişdi. Həm “Brent”, həm də “Azeri Light” da olmaqla bir çox neft markaları son 21 ilin ən aşağı göstəricisini görmüşdü. WTI isə aprelin 20-də hətta mənfi saldo ilə satılmışdı.

Bizimyol.info xəbər verir ki, Rusiya razılaşmaya əməl etməmək qərarına gəlib. Qonşu ölkə hasilatı artırır. Dünən hasilatda əvvəlki günlərlə müqayisədə 0,6 faiz artım olub. Rusiya aprelin ortalarına qədər sutkada 1,537 milyon ton neft çıxarırdı. Aprelin 17-də “RN-Yuqansknefteqaz” və “Surqutnefteqaz”ın payı artırması sayəsində hasilat 0,8 faiz çoxalmışdı. Bu gündən Rusiyada “Lukoyl”un dəstəyi ilə sutkada 1,557 milyon ton neft çıxarılacaq.

Beləcə, aprel üçün orta sutkalıq hasilat 11,28 milyon barel təşkil edəcək. Martla müqayisədə cəmi 0,1 faiz azalma var. Rusiya OPEK+ razılaşmasını gözlənildiyindən xeyli əvvəl pozur. Rusiya ilə Səudiyyə Ərəbistanı arasında martın 6-dan neft müharibəsi gedir. Həmin gün tərəflərin razılaşmasının alınmaması neft bazarında inqilab effekti vermişdi. Qiymət təxminən iki dəfə azalmışdı. Əvəzində Səudiyyə Ərəbistanı hasilatı xeyli artırmaq qərarı vermişdi. Nəticədə “Brent”in bareli 15.99 dollara qədər ucuzlaşmışdı. İndi qiymət bir az yüksək olsa da, bazardakı ovqat nikbinliyə əsas vermir.

Paylaş »
››› Polis “Mehdi əz-Zaman”ı həbs etdi - Video
››› Sabiq nazir 11 il müddətinə azadlıqdan məhrum edilib
››› Koronavirusa yoluxan və ölənlərin sayı kəskin azalıb: Virus dəyişibmi...
››› Bakıda cinsi azlıqların bayrağını əks etdirən oyuncaqlar yayılıb - Foto
››› Azərbaycanda Türkiyə hərbi bazası Rusiyanı qorxutdu, Kreml təhdid etdi
››› Ermənistan yenə Kremli ifşa etdi: Rusiyanın Xəzərdəki qüvvələri bizə kömək edirdi
››› Qarabağ qazisi: "Əlillik pensiyamı kəsiblər, nə yeməliyəm, hava ilə dolanmalıyam?!"
Son xəbərlər
Bütün xəbərlər »