Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirus Azərbaycanı necə dəyişəcək...

İsveçrənin “Neue Zürcher Zeitung” qəzeti yazır ki, 2016-cı ildən dünyada aclıq çəkənlərin sayı artır.

Pandemiyaya görə iqtisadi zəncirlərin qırılması vəziyyəti bir az da ağırlaşdıracaq.

Bizimyol.info xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirus üzündən bu il dünyada yoxsulların sayının iki dəfə artacağını proqnozlaşdırır. İndi planetin 55 ölkəsində 135 milyon insan gerçək aclıq yaşayır. İlin sonunda sayın 265 milyona çatacağı gözlənilir.

Yoxsulluğun tüğyan etdiyi ölkələrin sırasında Azərbaycanın adı çəkilmir. Amma çoxu razılaşar ki, pandemiya Azərbaycan iqtisadiyyatına böyük zərbə vurdu. Hər şeydən əvvəl neftin qiymətinin kəskin aşağı düşməsi təsirsiz ötüşə bilməz. Yanacağa tələbat azaldığından, neft anbarlarında məhsulu yerləşdirməyə yer qalmayıb. Azərbaycan hasilatı təxminən 23 faiz azaldıb. Tərslikdən “Azeri Light” kimi keyfiyyətli neft markasına tələbatın azalması da əlavə problemə çevrilib. Azərbaycan nefti dünən son 21 ilin ən aşağı qiymət göstəricisini görüb.

Rəsmi reaksiyalar belə deməyə əsas verir ki, bu dəfə də 2009-cu və 2015-ci illərdə olduğu kimi, iqtisadi çalxalanmaların uzun sürməyəcəyinə inanır. Hər halda, hələ ki “postneft dövrü” ifadəsindən istifadə olunmur. Tədricən dirçəlmənin olacağına inam hiss olunur. Amma baş verənlər nikbin proqnozlara ciddi yanaşmır. Yardım kampaniyaları göstərdi ki, ölkədə iqtisadi vəziyyət düşünüldüyündən daha ağırdır. Nəinki bölgələrdə, hətta Bakı və Abşeron yarımadasında xeyli yoxsul ailə var. Uzunmüddətli dəstək planına ehtiyac yaranıb. Neftə güvənən büdcə isə ağır yük qaldırmaq iqtidarında deyil.

Çox güman ki, mayın 4-dən sonra karantin qaydalarında yumşalmalar olacaq. Amma qlobal iqtisadi əlaqələrin bərpası və neft bazarında sabitliyin yaranmasını çox gözləmək lazım gələcək. Azərbaycan üçün ciddi narahatlıqlar istənilən halda qalacaq.

İndi həm də bu fikir səslənir ki, pandemiya günlərindən az xərclə çıxan ölkələr postvirus dönəmində daha yaxşı inkişaf edəcək. Müəyyən yanlışlıq var. Çünki məsələ xərclərin azlığında yox, pandemiyaya qədər iqtisadiyyatın nə qədər böyüməsidir. Az xərc o halda işə yarayardı ki, böyük resurslar köməyə gəlsin. Söhbət Azərbaycandan gedirsə, xərci borcunu ödəməyən neftlə indiki halda iddialı danışmaq olmur.

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Umayra Tağıyeva qadınlara müraciət edib
Son xəbərlər
Bütün xəbərlər »