Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Dövlətin pandemiya dövründə sahibkarlığa həssas yanaşması cəmiyyətdə müsbət qarşılanır” - Deputat

“Pandemiyanın zərər vurduğu fəaliyyət sahələrinin müəyyənləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin verdiyi sərəncam və sahibkarların bu prosesdən minimum təsir görməsi və vətəndaşların rifahının qorunması üçün Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planı çox önəmlidir”.

Bunu Bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa bildirib.

Fazil Mustafa Fazil Mustafa

Deputat koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirlərinin aradan qaldırılması ilə bağlı Tədbirlər Planının icrasından danışarkən dövlət dəstəyi proqramlarında vacib olan məqamları qeyd edib: “Tədbirlər Palınında iqtisadi fəallığın qorunması və sahibkarlığın dəstəklənməsi, məşğulluğun və sosial rifahın qorunması, həmçinin makroiqtisadi sabitliyin təmin olunması nəzərdə tutulub.

Pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən 300 min fərdi sahibkara dövlət tərəfindən maliyyə dəstəyi göstərilir. 300 mindən çox muzdlu işçinin əmək haqqının bir hissəsini dövlət ödəyir. Eləcə də, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştlərinin və tətillərinin verilməsi nəzərdə tutulur. Burada da əsas məntiq ondan ibarətdir ki, güzəştlər hesabına ən çox mənfi təsir altında olan sahibkarlar və sferalar qorunsun. Sahibkarların əmanətlərinin sığortlanması istiqamətində də addımlar atılır. Ümumiyyətlə, sahibkarların müflis olmasının qarşısını alan bir çox tədbirlər dövlətin dəstək proqramlarında nəzərdə tutulub.

Bütövlükdə, dövlətin bu istiqamətlərdə sahibkara önəm verməsi çox vacibdir. Özəl sektorda çalışan çoxsaylı insanların ayaqda qalması üçün birinci sahibkarın ayaqda qalması lazımdır. Xüsusi karantin rejimi ilə bağlı olaraq fəaliyyətini dayandırmış iş yerinin müəyyən dərəcədə bərpa olunması istiqamətində addımlar atarkən sahibkar quyunun dibinə enməməlidir. Ona görə də, dövlətin dəstək proqramları müsbət tendensiyadır. Dövlətin və hökumətin bu sahədə həssaslığı yerindədir və ümumiyyətlə, bu addımlar cəmiyyətdə müsbət qarşılanır-dövlət əsas nöktələrdən birinə dəstək verir”.

F.Mustafa qeyd edib ki, dəstək paketinin əsas proqramlarından biri vergi güzəştlərinin və tətillərinin verilməsidir: “Qanunvericilikdə vergi güzəştlərinin və tətillərinin verilməsi üçün dəyişikliklərin olması vacibdir. Çünki bu çür şərtlərdə hər dəfə hansısa gündəlik qərarlar qəbul etməyə ehtiyac qalmaz. Dövlət qurumları, vergi orqanları bu kimi stiuasiyalarda necə davranacaqlarını qanunvericiliyə əsasən bilməlidirlər. Bütün hallarda vergi yükünün azaldılması sahibkarlığın dircəldilməsi üçün vacib şərtlərdən biridir”.

Deputat qeyd edib ki, 190 manat məbləğində birdəfəlik ödəməyə əlçatanlığın təmin edilməsi istiqamətində vacib addımlar atılır: “190 manatı alacaq vətəndaşların bu yardıma əlçatanlığını təmin etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qurumları çox əziyyət çəkirlər. Bir gün ərzində 20-25 min nəfərə 190 manat müavinətin çatdırılmasına çalışırlar. Amma bu məbləğ 600 min vətəndaşa təcili çatdırılmalıdır. Ona görə də dövlət başçısı vətəndaşları banklarda hesab açmağa çağırdı. Əltçanalığı təmin etmək mənasında bu vasitə təmin olunmalıdır”.

Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, ödənişli ictimai işlər aztəminatlı əhali təbəqələrinin sosial vəziyyətinə müsbət təsir edəcək: “Təkcə bəlli kompensasiyanı ödəməklə deyil, müəyyən ictimai işi həyata keçirən vətəndaşa əmək haqqının verilməsi ilə sosial müdafiənin təmin edilməsi nəzərdə tutulub. Hesab edirəm ki, bu fakt müəyyən kateqoriyaya aid olan insanların kritik vəziyyətdən çıxmasına kömək edir”.

Ramid İbrahimov

Paylaş »
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Ərdoğan: “ABŞ-ın “erməni məsələsi”nə mövqe bildirməsi bizi çox təəssüflənidirir”
››› Yayda şən istirahətin ən ucuz yolu: Turla səyahət - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »