Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sizin “Biz birlikdə güclüyük!” ifadəniz bizə qüvvət verir"

Koronavirus pandemiyası dövründə Azərbaycan əhalisinin sağlamlığının qorunması ilə bağlı gördüyü mühüm işlərə görə vətəndaşlarımız Prezident İlham Əliyevə  çoxsaylı minnətdarlıq məktubları ünvanlayırlar.

Hörmətli cənab Prezidentimiz.

Sizi bütün bərdəlilər adından salamlayıram. Bütün dünyanın qarşısında aciz qaldığı pandemiyaya ilə mübarizədə atdığınız qətiyyətli və humanist addımlar xalqın Sizə olan sevgisini və inamını daha da artırdı.

“Biz birlikdə güclüyük!” çağırışınız xalqımızı həmrəyliyə səslədi. Buna görə də Sizin rəhbərliyinizlə Azərbaycan dünya dövlətlərinə nümunə olacaq bir model, bir yanaşma göstərə bildi.

Bu gün Bərdədə imkansız ailələrə əl tutmaq, yardım etmək bir hərəkata çevrilib. Buna görə də bütün bərdəlilərin Sizə olan minnətdarlığını çatdırıram. Tanrı Sizi, ailənizi, Azərbaycan xalqını və dövlətini qorusun.

Hörmətlə,

Şadlinski Vüqar Yunis oğlu.

Azərbaycan Respublikası, Bərdə rayonu.

Çox hörmətli və əziz Prezidentimiz.

Siz ümummilli liderimiz Heydər Əliyevin siyasi məktəbinin layiqli yetirməsi, onun zəngin təcrübəsindən yararlanan müdrik dövlət başçısısınız. Sizin rəhbərliyinizlə Azərbaycan dünyanın ən qüdrətli dövlətləri sırasına yüksəlmiş, beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Siz dünyanın koronavirus pandemiyası ilə üzləşdiyi bir vaxtda xalqımızı bu bəladan qorumaq üçün mümkün olan hər şeyi edir, Azərbaycan xalqının sağlam və xoşbəxt yaşaması üçün çalışırsınız. Buna görə də Azərbaycan xalqı Sizinlədir.

Mən və ailə üzvlərim Sizə cansağlığı, uzun ömür, yeni nailiyyətlər arzulayırıq. Allah Sizi və ailənizi qorusun. Azərbaycanın daha gözəl günləri hələ qabaqdadır.

Dərin hörmətlə,

Nurəliyev Xəlil İsa oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.-

Hörmətli cənab Prezidentimiz.

“Mən hər bir azərbaycanlının Prezidenti olacağam” sözləriniz indiyədək xalqımızın yaxşı yaşaması naminə gördüyünüz işlərdə öz təsdiqini tapıb. Bu günlərdə koronavirusla bağlı həyata keçirdiyiniz tədbirlərlə xalqa sevginizin nə qədər böyük olduğunu bir daha göstərdiniz. Ümumbəşəri bəla olan koronavirusun qarşısında dünyanın ən inkişaf etmiş dövlətlərinin aciz qaldığı bir vaxtda Siz xalqımızı epidemiyanın ağır nəticələrindən qoruyursunuz.

Bu çətin günlərdə ölkəmiz üçün vacib sahələrin inkişafdan qalmamasına maksimum nail olursunuz. İnşallah, bu çətin günlər də geridə qalacaq, Azərbaycanımız hələ çox gözəl günlər yaşayacaq. Biz samuxlular əminik ki, Sizin rəhbərliyinizlə bu ağır günlərdən də qalib çıxacağıq. Ulu Tanrı Sizi qorusun.

Bir vətəndaş olaraq daim Sizi dəstəkləyirik. Allah Sizi və gözəl ailənizi qorusun. Allaha əmanət olun.

Hörmətlə,

Xəlilova Kəmalə

Orucova Bəsti

Həsənova İradə.

Azərbaycan Respublikası, Samux rayonu.

Hörmətli cənab Prezidentimiz.

Mən Qalaqayın kəndinin 65 yaşlı sakiniyəm, 3 övladım, 6 nəvəm var. Ulu öndərimiz Heydər Əliyevinin Vətənimizin inkişafı üçün çəkdiyi zəhməti hər zaman yüksək qiymətləndirmişəm və onu dəstəkləmişəm. Heydər Əliyev məktəbi keçmiş layiqli bir davamçı kimi Sizin də fəaliyyətinizi yüksək qiymətləndirirəm. Mən də, övladlarım da Sizin kimi vətənpərvər Prezidentimizin olması ilə fəxr edirik.

Yaşadığımız bu çətin günlərdə Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmiz qorxulu virusdan daha az əziyyət çəkdi. Bu, Sizin sayənizdə oldu. Biz bu günlərdə çətinlik hiss etmədik, rahat həyatımıza davam edirik. Xalqımız bu rahatlığa görə Sizə minnətdardır.

Hörmətlə,

Novruzova Səlminaz Hafiz qızı.

Azərbaycan Respublikası, Sabirabad rayonu, Qalağayın kəndi.

Hörmətli cənab Prezident.

Siz bu ağır günlərdə istirahət demədən, gecə-gündüz demədən çalışaraq vətəndaşların qayığısa qalırsınız, onlara hərtərəfli kömək göstərirsiniz. Sizi daim yanında hiss edən qədirbilən xalqımız Sizi ən yaxın dostu hesab edir. Mən də bu ölkənin bir vətəndaşı kimi, Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bütün dünyanın səfərbər olduğu koronavirus pandemiyasına qarşı ölkəmizdə görülən tədbirlər, o cümlədən, yeni xəstəxanaların tikilməsi, əhaliyə edilən güzəştlər, maddi təminatlar, humanitar yardımlar Sizin xalqımıza dayaq olduğunuzu göstərir. Sizin “Biz birlikdə güclüyük!” ifadəniz bizə qüvvət verir və bizi əmin edir ki, çox keçməz, Sizin yorulmaz fəaliyyətiniz sayəsində bu mübarizədən birlikdə üzüağ çıxacağıq.

Cənab Prezident, pandemiyanın ölkəmizdə yayılmasına qarşı atdığınız addımlara görə Sizə səmimi qəlbdən təşəkkürümü bildirir, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Dərin hörmətlə,

Qayıbzadə İlham Yusif oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

Möhtərəm cənab Prezident.

Sizin misilsiz idarəçiliyiniz altında ölümcül virusa qarşı mübarizə tədbirləri aparılır. Bu bəlaya qarşı tək dövlət strukturları deyil, cəmiyyətin bütün üzvləri fəal mübarizlik göstərməlidirlər. Təbii ki, bu işdə ağ xalatlı mübariz həkimlərin və polis orqanlarının xidməti təqdirəlayiqdir. Mən bu gün həkimlərin fəaliyyətini Böyük Vətən Müharibəsi illərinə bənzətmək istərdim. Çünki ən çox risk altında olan həkimlərdir. Sizin mərhum ananız Zərifə xanım da həkim olub, neçə-neçə insanın gözlərinə işıq verib. Allah qəni-qəni rəhmət eləsin, qəbri nurla dolsun. Amin.

Koronavirusa qarşı görülən qabaqlayıcı tədbirlər göz qabağındadır. Ölüm və yoluxma səviyyəsi aşağıdır, sağalanların sayı gündən-günə artır.

Cənab Prezident, məhz Sizin sayənizdə bu gün ölkəmizdə tam ictimai sabitlik hökm sürür, insanların sağlamlığı qorunur. Odur ki, Sizə dərin minnətdarlığımı bildirir, gələcək fəaliyyətinizdə bol-bol uğurlar arzu edirəm. İnşallah, bu bəladan da qurtulacağıq. Tanrı Sizi qorusun.

Hörmətlə,

Sahibkar Qurbanxan Dəmirov

Azərbaycan Respublikası, Şirvan şəhəri.

Hörmətli cənab Prezident.

Mən ali təhsilli Azərbaycan gənci olaraq, son vaxtlar bütün dünyanı aciz vəziyyətdə qoyan koronavirus bəlası ilə mübarizədə bizlər üçün böyük əzmlə çalışmağınızın bir daha şahidi oldum. Heç də təsadüfi deyil ki, Sizin doğru zamanda qəbul etdiyiniz düşünülmüş qərarları hazırda dünyanın inkişaf etmiş əksər ölkələri özlərinə nümunə götürürlər. Azərbaycan xalqı bu çətin və keşməkeşli yolda yalnız Sizə arxalanır. Sizin rəhbərlik etdiyiniz dövlətin vətəndaşı olduğum üçün özümü çox şanslı hesab edirəm.

Dərin hörmətlə,

Balagözova Aytac Fəxrəddin qızı

Azərbaycan Respublikası, Balakən rayonu.

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »