Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezidentə minnətdarlıq məktubları gəlir

Koronavirus pandemiyası dövründə Azərbaycan əhalisinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması ilə bağlı gördüyü mühüm işlərə görə vətəndaşlarımız Prezident İlham Əliyevə respublikamızın bütün guşələrindən minnətdarlıq məktubları gəlir.

Hörmətli Prezident, cənab İlham Əliyev.

Bəşəriyyətin üzləşdiyi ağır günlərdə xalqımızın sağlamlığını hər şeydən üstün tutaraq qəbul etdiyiniz yüksək səviyyəli qərarları bəyənirik və Sizinləyik. Sizə bu yolda uğurlar, xalqımıza xoş günlər arzu edirik.

Siz vətənsevər, zəhmətkeş insanların əməyini, xidmətlərini hər zaman yüksək qiymətləndirdiyiniz kimi, biz də Sizin Vətənimiz, xalqımız üçün gördüyünüz işləri daim təqdir edir, uca tuturuq.

Hər zaman belə uca olasınız, cənab Prezident!

Kənd sakinləri adından hörmətlə,

Həziyev Oqtay, 1-ci dərəcəli “Əmək” ordenli.

Azərbaycan Respublikası, Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi.

Əziz Prezidentimiz.

Dünyada yayılmış və insanların ölümünə səbəb olan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısını almaq istiqamətində atdığınız və digər ölkələr üçün nümunə ola biləcək addımlarınız bizim xalqını sevən, həmişə onun yanında olan, uzaqgörən Prezidentimiz olduğunu bir daha göstərdi. Sizin bu tədbirlər planı ilə yanaşı yaranmış çətin vəziyyətdə xalqımıza hərtərəfli kömək etməyinizi, aztəminatlı ailələri diqqətdə saxlamağınızı, övladlarımızın iş yerlərini itirməmək üçün gördüyünüz işləri heç vaxt unutmayacağıq. 74 yaşlı bir ana olaraq öz adımdan və 8 övladım, 41 nəvə-nəticəm adından Sizə minnətdarlığımı bildirirəm. Biz həmişə Sizin ətrafınızdayıq. Allah Sizə can sağlığı versin və bu bəladan xalqımızı qorusun.

Dərin hörmətlə,

Əliyeva Sifeyrə Böyükağa qızı

Azərbaycan Respublikası, Biləsuvar rayonu, Nərimankənd kəndi.

Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım.

Hər bir vətəndaşımızın həyatını düşündüyünüz üçün Sizə minnətdarıq. Ölkəmizdə yaranmış vəziyyətlə əlaqədar “Evdə qal” çağırışınıza əməl edib evdə qaldığımız halda, Siz yorulmadan bizim sağlamlığımız üçün gərgin rejimdə işləyirsiniz.

Məcburi köçkünlərə xüsusi diqqət və qayğınızın nəticəsidir ki, bizim ailələr Ağcabədi rayonunda salınmış yeni qəsəbədə evlə təmin olunmuşdur. Bundan başqa, sosial izolyasiya tədbirləri ilə əlaqədar məktəblərin bağlanmasına baxmayaraq övladlarımız təhsildən kənarda qalmır, televiziyalarda təşkil olunmuş onlayn dərslərdən yararlanırlar. Əməkhaqlarımız da vaxtında köçürülür.

Bunun üçün Sizə dərin təşəkkürümüzü bildiririk. Sizə gərgin və yorulmaz işlərinizdə uğurlar arzulayıram. Allah yardımçınız olsun. Allah tezliklə ölkəmizi koronavirus bəlasından xilas etsin.

Hörmətlə,

Laçın rayonundan məcburi köçkünlər

Şahverdiyev Süleyman Səməd oğlu

Əhmədov Sənani İzzət oğlu

Fərzəliyev Nüsrət Məhərrəm oğlu

Kərimov Mirzə Qənbər oğlu

İbrahimov Ədalət Kərim oğlu

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

Hörmətli cənab Prezident.

Ölkəmizdə yeni növ koronavirus infeksiyasının genişlənməsinin qarşısının alınması məqsədilə həyata keçirdiyiniz müvafiq profilaktik tədbirlər, əhalinin aztəminatlı təbəqəsinin sosial təminatının yaxşılaşdırılması, o cümlədən, pandemiyadan zərər görən sahibkarlara maliyyə dəstəyi verilməsi, insanları sosial həmrəyliyə dəvət etməyiniz dövlət-vətəndaş birliyinin əsl təzahürüdür. Dövlətimiz bütün imkanlarını pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində səfərbər edib. Məhz buna görə də inanırıq ki, ölkəmiz bu bəladan minimum itkilərlə çıxacaq və Sizin rəhbərliyiniz ilə respublikamız yenidən bütün sahələrdə əvvəlki inkişaf yolunu uğurla davam etdirəcək.

Cənab Prezident, bu çətin günlərdə həyata keçirdiyiniz tədbirlərə, insanlara göstərdiyiniz xüsusi diqqət və qayğıya görə Sizə öz dərin təşəkkürümü bildirirəm.

Hörmətlə,

Sultanov Zahid Adil oğlu

Azərbaycan Respublikası, Ağstafa rayonu.

Çox hörmətli Möhtərəm Prezident.

Xəzər rayonunun bütün ağsaqqalları və sakinləri Sizin apardığınız daxili və xarici siyasəti daima dəstəkləyirlər. Hazırda dünyanın əksər ölkələrini bürüyən koronavirus pandemiyası bizim ölkəmizdən də yan keçməmişdir. Sizin rəhbərliyinizlə vaxtında aparılan qabaqlayıcı profilaktik tədbirlər respublikada xəstəliyin insanlar arasında kütləvi şəkildə yayılmasının qarşısını almışdır. Bütün bu tədbirlər vətəndaşlarımızın sağlamlığının təhlükəsizliyinə yönəldilmişdir. Eyni zamanda, yaranmış bu gərgin vəziyyət tərəfinizdən düzgün qiymətləndirilərək vətəndaşların sosial vəziyyəti da nəzərə alınmışdır. Bu çətin günlərdə qəbul edilmiş bütün qayda-qanunlar hər bir şəxs tərəfindən icra edilərsə, xəstəlik bəlası bizdən yan keçər. Sizin Sərəncam və qərarlarınızı biz ağsaqqallar dəstəkləyirik və hər bir kəsi o qaydalara riayət etməyə çağırırıq. Bu işlərə görə biz Sizə çox minnətdarıq. Biz əminik ki, həmişə olduğu kimi, xalqımız Prezidentimizin rəhbərliyi altında bu gözə görünməz düşmən üzərində qələbə çalacaqdır.

Möhtərəm cənab Prezident. Ulu Tanrıdan Sizə, ailə üzvlərinizə möhkəm cansağlığı, xoşbəxtlik, işinizdə yeni uğurlar, xalqımıza firavan həyat diləyirəm. Tanrı Sizi qorusun.

Böyük hörmət və ehtiram hissi ilə,

Xəzər rayon ağsaqqallar şurasının üzvü, təqaüdçü Altay Böyükağa oğlu Mansurov

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi.

Paylaş »
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› Sərhəddə nə baş verir və ya Qaragöl Ermənistanın əlinə necə keçmişdi...
››› “Azərbaycan qüvvələri geri çəkilmək fikrində deyil” - Aram Melkonyan
Son xəbərlər
Bütün xəbərlər »