Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rəqəmsal dollar erası başlayır - Milli valyutaların gələcəyi yaxşı görünmür

Koronavirus pandemiyası fonunda rəmsal dollar erasının sürət götürməsi barədə söhbətlər gəzməkdədir. Ədalət xətrinə demək lazımdır ki, milli hökumətlər və elmi dairələr hazırda daha vacib məsəılələr barədə düşündüklərindən rəqəmsal dolların nağd pulu üstələməsi hələ bir qədər zaman alacaq. Amma virus qorxusu bunun üzərində düşünməyin vacibliyini də bariz şəkildə göz önünə qoydu.

Mart ayında amerikalı demokrat senator “Hamı üçün bank işi haqqında” qanun layihəsini senata təqdim edib. Bu qanun banklardan rəqəmsal pul kisələrinin tətbiqini tələb edir. Qanun qüvvəyə minsə, müştərilər yerli banklarda «FedAccounts» aça biləcəklər.

Rəqəmsal dolların faydası nədir? Çin və İsveç kimi ölkələr artıq öz milli valyutalarının rəqəmsal versiyasını hazırlamağa başlayıblar. Digital Dollar Foundation ilə tərəfdaşlıq edən qlobal konsaltinq şirkəti Accenture ilə əlaqəda olan bir qrup mütəxəssis hesab edir ki, rəqəmsal dolların buraxılması ABŞ-ın da xeyrinə olar.

abs - dollar vergi artimi

ABŞ-ın ticarət fyuçersləri ilə üzrə komissiyanın keçmiş sədri Fristofer Cankarlo bəyan edib ki, istehlakçılar üçün rəqəmsal dolların təyini üzrə infrastruktur hazırlanır.

Bu bank xidmətlərinə girişi olmayanlar üçün də əlçatan olacaq. Məsələn rəqəmsal dollarların smartfonlara birbaşa tranzaksiyası zamana qənaət imkanı yaradacaq.

“Virusun real pullarla daha sürətlə yayılmaq imkanı olan pandemiya dövründə birinci dərəcəli tələbat mallarının rəqəmsal dollarla ödənilməsi xilas yolu olar”.

Kriptovalyuta adeplərinin hamısı düşünür ki, bu addım bütün növ aktivlər üçün yaxşı yol olacaq və artıq böyük şirkətlər kriptovalyuta toplamağa maraq göstərəcəklər.

Əks fikirdə olanlar da var. “2gether blokçeyn” şirkətinin rəhbəri Siril Alvares hesab edir ki, uzunmüddətli perspektivdə rəqəmsal dolların buraxılması ABŞ dollarına bağlı olan mövcud kriptovalyutalara ziyanlı olacaq. Söhbət Tether və ya DAI kimi kriptovalyutalardan gedir, bu onlara xüsusi təsir edəcək.

Alvares deyir ki, əsas problem milli nağd pulların gələcəyi ilə bağlı olacaq.”10-20 il sonra milli valyutalar necə olacaq? Əgər mərkəzləşmiş steyblkoinlər daha yayqın hala gəlsə, nələr baş verəcək? Hökumətlər dövlət əleyhinə olan özəl subyektlərin şəxsi hücrələrinə açar olmadan sanksiyanı necə tətbiq edəcək? Rəqəmsal dolların ABŞ dollarının dünyadakı nüfuzuna hansı təsiri göstərəcəyi də hələ  aməlumdur. Amma artıq biz rəqəmsal dollar erasındayıq və yaxın 5 ildə bizi narahat edən problemlərdən artıq qaça bilməyəcəyik”,- deyə mütəxəssis qeyd edib.

İlhamə Rəsulova

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
››› “Bilmək olmur ki, Ermənistanın nə qədər ərazisi qalıb”
Son xəbərlər
Bütün xəbərlər »