Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranın hərbi peykini ABŞ birmənalı qarşılamayıb

İranın “Nur” hərbi peykinin fəzaya buraxılması anından 90 dəqiqədən sonra peykdən siqnal daxil olub.

Azərtac xəbər verir ki, bu sözləri İran İslam İnqilabı Keşikçilərinin Korpusunun (Sepah) Hərbi Kosmik Qüvvələrinin komandanı, general Əmirəli Hacızadə deyib.

O bildirib ki, peyk Yer kürəsi ətrafında 3 dəfə dövr edib və elə 3 dəfə də ABŞ üzərindən keçib.

General nəzərə çatdırıb ki, peykdən qiymətli foto və video materiallar alınıb. Onun sözlərinə görə, İran artıq fəzaya hərbi raket buraxmaq təcrübəsinə malikdir və istədiyi zaman bunu təkrarlaya bilər.

Lakin İranın bu addımı ABŞ tərəfindən birmənalı qarşılanmayıb. ABŞ Dövlət Departamentinin mətbuat katibi Morqan Ortequs Vaşinqtonda keçirdiyi mətbuat konfransında deyib ki, rəsmi Vaşinqton bu məsələnin BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxaracaq. Çünki İranın fəzaya hərbi peyk buraxması BMT-nin 2231 saylı qətnaməsinə ziddir.

ABŞ-ın dövlət katibi Maykl Pompeo isə bəyan edib ki, bu işə görə İran məsuliyyət daşımalıdır.

Son xəbərlər
Bütün xəbərlər »