Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT-nin baş katibi müsəlmanlara müraciət edib

BMT-nin baş katibi Antonio Quterreş Ramazan ayının başlaması münasibətilə dünya müsəlmanlarına müraciət edib.

Bizimyol.info xəbər verir ki, baş katibinmüraciətində qeyd edilir ki, dünyada milyonlarla müsəlman üçün müqəddəs Ramazan ayının başlanması münasibətilə ən xoş arzularımı çatdırıram:

"Əlbəttə, builki Ramazan ayı fərqli olacaq.Təbii ki, COVID-19 pandemiyası ilə mübarizə tədbirləri yerli icmaların təşkil etdiyi bir çox tədbirlərin keçirilməsinə təsir göstərəcək.

Eyni zamanda, münaqişə zonalarında olan bir çox insan bu ayı yenə müharibələr və təhlükəli mühitdə qeyd edəcək.

Bu yaxınlarda mən dərhal qlobal atəşkəsin bərqərar olmasına dair çağırış etmişdim - ümumi mübarizəmizi virusu aradan qaldırmağa yönəltmək üçün.

Bu gün bu çağırışımı təkrarlayıram - Qurani-Kərimin "Əgər onlar sülhə meyl etsələr, sən də sülhə meyl et” sözlərini xatırladaraq.

Ramazan ayı həmçinin əhalinin ən həssas təbəqələrini dəstəkləmək deməkdir. Öz inancları ilə yaşayan, İslam dininin qonaqpərvərlik və səxavət ənənələrinə riayət edərək münaqişələrdən xilas olanları dəstəkləyən müsəlman dünyasının hökumətlərinə və xalqlarına təşəkkürümü bildirirəm.

Bu, COVID-19 virusu başlamazdan əvvəl də müdafiəyə ehtiyacı olanlar üçün bir çox qapıların bağlı olduğu dünyaya diqqətəlayiq bir nümunədir. Bir daha bu çətin günlərdə hər kəsə mərhəmət, həmrəylik və şəfqət arzulayıram. Ramazan ayınız mübarək".

Paylaş »
››› ABŞ Rusiyaya qalib gəldi : "Paşinyan Moskvanın vasitəçiliyini qəbul etməyəcək"
››› Oleq Kuznetsov: “Rusya Təhlükəsizlik Şurasının iclası çağırılacaq.., Azərbaycan güc nümayiş etdirəcək”
››› Kuznetsov: “Rusiya mətbuatı ermənilərə satılıb”
››› Türkiyə milli komandasının futbolçuları Bakıda niyə dava salıblar...
››› German Kulikovski: “Ermənistan Qərbə yönələcək, Rusiya Qarabağdan çıxarılacaq”
››› Paşinyan təkbaşına hökumət qurmaq imkanı qazandı
››› “Paşinyan anlayır ki, Rusiya və İran ölkəni faktiki işğal edib”
Son xəbərlər
Bütün xəbərlər »