Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xaricdə yaşayan həmvətənlərimiz #senetinledestekle challenge-inə dünyanın müxtəlif ölkələrindən qoşulacaq

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin başlatdığı #senetinledestekle challenge-inə bu həftə dünyanın bir çox ölkələrində yaşayan və Azərbaycan musiqisini uğurla təmsil edən ifaçılarımız qoşulacaqlar.

Aprelin 23-ü saat 21.00-da Türkiyədən istedadlı musiqiçi ailəsi, Azərbaycan musiqisini ölkəmizin hüdudlarından kənarda uğurla təmsil edən pianoçu, Əməkdar artist İslam Manafov və onun qızı - dirijor, bəstəkar və pianoçu, Əməkdar artist Turan Manafzadə “Güc birlikdədir” söyləyərək hamını #evdəqal-mağa səsləyəcəklər.

Turam Manafzadə

Aprelin 24-ü saat 20.00-da gənc fleyta ustası Ağarəhim Quliyev Fransanın paytaxtı Paris şəhərindən,

aprelin 25-i isə saat 21.00-də İspaniyanın paytaxtı Madrid şəhərindən skripka musiqisini gənc və istedadlı ifaçı Kamran Ömərli təqdim edəcəklər.

Kamran Ömərli

Konsertlər Baş İdarənin @bakimedeniyyetidaresi rəsmi “instagram” hesabından canlı yayımlanacaq. İzləyicilərimiz həmçinin sənətçilərimizlə birbaşa ünsiyyət qurub, onlara suallarını, arzu və istəklərini ünvanlaya biləcəklər.

Paylaş »
››› Almaniyadan deportasiya olunan azərbaycanlılar Bakıya gəlib çıxmadı
››› Rusiya hökuməti Şuşa Bəyannaməsinə münasibət bildirib
››› Van Dammın oğlu azərbaycanlı qızla evləndi - Foto
››› Travmatologiya xəstəxanasında Qarabağ qazisini döyüblər - Video
››› “Baydenin Putinə çatmayan gücü media üzərində partladı” – Qərb mətbuatı
››› “Putinin əl-qol açmasının səbəbi Qərbin maymaq liderləridir”
››› Ter-Petrosyan: “Əliyevlə dil tapmaq lazımdır”
Son xəbərlər
Bütün xəbərlər »