Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kafe sahibi və 9 müştərinin hər biri 200 manat cərimələnib

Səbail rayonunda karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən kafe aşkar edilib.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xiddmətindən verilən məlumata görə, Səbail rayonu İ.Məmmədov küçəsində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən yeməkxana aşkar edilib.

Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qeyd olunan ünvanda kafenin sahibi Söhrab İsayevin karantin qaydalarını pozaraq müştəri qəbul etdiyi məlum olub. Obyektə baxış zamanı S.İsayev və orada olan 9 müştəri saxlanılaraq Səbail RPİ-nin 8-ci Polis Bölməsinə gətirilib.

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi rayon məhkəməsinin qərarı ilə 200 manat məbləğində cərimə edilib. Müştərilən barəsində Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək onların hər biri 200 manat cərimə olunublar.

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Sosial yardım alan ailənin bank hesabından 500 min avro çıxdı
››› Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
Son xəbərlər
Bütün xəbərlər »