Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Angela Merkel: "ÜST əvəzolunmaz tərəfdaşdır"

Almaniya kansleri Angela Merkel Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) dəstəyini ifadə edib.

"Guardian" xəbər verir ki, Almaniya kansleri bu barədə Bundestaqın Aşağı Palatasında çıxışında danışıb.

"ÜST əvəzolunmaz tərəfdaşdır və biz onu mandatını dəstəkləyirik", - deyə Angela Merkel bildirib.

Kansler ölkədə COVID-19 epidemiyasının növbəti mərhələsində ağıllı və ehtiyatlı davranmağın vacib olduğunu vurğulayıb.

"Bu, son mərhələ deyil, başlanğıcdır. Biz uzun müddət bununla olacağıq. Mən bilirəm ki, qadağalar necə çətindir, bu demokratiyaya maneədir, bizim demokratik haqqlarımız məhdudlaşdırılır. Lakin təhlükəsiz yaşayışa daha tez geri dönmək üçün maksikum nizam-intizam yeganə yoldur. Biz bu günə qədər nail olduğumuzu heçə döndərməməliyik. Bu, İkinci Dünya müharibəsindən sonra xalqımızın həyatı və sağlamlığı üçün ən böyük çətinlikdir. Bununla bağlı heç bir tarixi modelimiz yoxdur.

Səhiyyə sistemimizin yüklənməməsi və nəticə etibarilə saysız-hesabsız insanların həyatını itirməməsi üçün virusun qarşısını necə ala bilərik sualı hələ uzun müdddət Almaniya və Avropanın siyasətində əsas sual olaraq qalacaq", - deyə Almaniya kansleri qeyd edib.

Merkel əlavə edib ki, Avropa xüsusi tibbi ləvazimatların istehsalı sənayesini daha da gücləndirməlidir.(apa)

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› “Mina xəritələrinin verilməsində ABŞ-ın xüsusi vasitəçiliyi mühüm rol oynayıb”
››› Paşinyan çıxışı zamanı çoxlu səhv edib
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”
››› Göründüyündən də böyük hadisə
Son xəbərlər
Bütün xəbərlər »