Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əlilliyi olan şəxslər üçün kiçik bizneslərin qurulmasına başlandı

Nazirlik 500 nəfər əlilliyi olan şəxsin kiçik biznesə çıxışına şərait yaradılmasını nəzərdə tutan layihənin icrasına başlayıb.

Bizimyol.info xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, nazirliklə BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə icra etdiyi “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi çərçivəsində əlilliyi olan şəxslər üçün kiçik bizneslərin qurulmasına başlandı.

İlk mərhələ kimi Şəmkir rayonunda əlilliyi olan şəxslərə arıçılıq üzrə kiçik bizneslərini qurmaları üçün aktivlər (arı ailələri, zəruri ləvazimatlar) verilib.

Yaxın günlərdə Şamaxı, Zaqatala rayonları və Sumqayit şəhərində də bu proses davam edəcək.

Layihə üzrə 500 nəfər əlilliyi olan şəxsin kiçik biznesə çıxışına şərait yaradılması nəzərdə tutulub. Layihənin icrası üçün pilot olaraq 12 şəhər və rayon müəyyən edilib. Həmin bölgələr üzrə işsiz kimi qeydiyyatda olan əlilliyi olan şəxslər arasından layihənin iştirakçılarının seçimi aparılıb.

Paylaş »
››› Köhnə avtomobillərin hərəkəti qadağan ediləcək
››› “Bakı səfəri Lavrov üçün gərgin keçəcək”
››› Avropalılar qadağaların aradan qaldırılmasını bayram edir
››› Rusiyada vilayət naziri itkin düşüb - Navalnının zəhərləndiyi xəstəxanada həkim işləmişdi
››› Ölkəyə avtomobil adı ilə metal qırıntıları daşınır
››› Deputat ailəsi vətəndaşların əmlaklarını əllərindən necə alır: ağlasığmaz üsullar
››› Heydər Əliyev: “Qarabağa muxtariyyət verilməsi Azərbaycanın içinə qoyulmuş bomba idi”
Son xəbərlər
Bütün xəbərlər »