Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirus dünyanı təmizləyir

Koronavirus dünyanın normal həyatını pozsa da, faydası da var. “Bloomberg” bundan bəhs edib.

İnformasiya agentliyi havanı təmizləyən qurğuların istehsalı sahəsində ixtisaslaşmış “IQAir” şirkətinin nəticələrinə əsaslanıb.

Bizimyol.info xəbər verir ki, koronavirus dünyanı təmizləməyə başlayıb. “IQAir” böyük şəhərlərdəki vəziyyəti açıqlayaraq müsbət tendensiyanı önə çəkib. Dehlidə, Seulda, Los-Ancelesdə və Nyu-Yorkda hava xeyli təmizlənib.

“IQAir” diqqəti daha çox Hindistan paytaxtına yönəldib. Dehlidə hava 60 faizə qədər təmizlənib. Hindistanın baş naziri Narenda Modinin 1,4 milyarda yaxın insan üçün sərt karantin rejiminin tətbiqini irəli sürməsi öz nəticəsini verib.

Seulda 54 faiz təmizlənmə olub. Cənubi Koreya təkcə paytaxtda yox, başqa şəhərlərdə də bu istiqamətdə uğur əldə edə bilib. Ümumiyyətlə, Asiya ölkəsi koronavirusla mübarizədə də bacarığını ortaya qoya bilib.

San-Pauluda 32, Los-Ancelesdə 31, Nyu-Yorkda 25, Madriddə 11, Londonda 9 faiz təmizlənmə qeydə alınıb. Amma bu şəhərlər koronavirusun episentri sayılan Vuhana çatmır. Çin şəhərində göstərici 44 faiz olub.

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »