Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropalılar karantindən sonra azadlığın dadını çıxarır - Video

Avropa ölkələri bir-birinin ardınca sərt karantin rejimindən imtina edir. Düzdür, hələ də bütün sahələrdə həyat öz axarına düşməyib. Buna baxmayaraq, qadağalar kəskin azalıb, insanlar azadlıq əldə etməyə başlayıb.

Bizimyol.info xəbər verir ki, avropalılar karantindən sonra azadlığın dadını çıxarır. “Euronews”un reportajı belə deməyə əsas verir. Danimarkanın paytaxtı Kopenhagenin tanınmış Tivali parkı balaca qonaqların üzünə açılıb. Burada uşaqlar çox xoşbəxt görünür. Uşaq bağçasının tərbiyəçisi Anne Yensen “Euronews”a danışıb ki, az qala bütün günü parkda keçirirlər. Balacalara ümumilikdə 12 tərbiyəçi nəzarət edir. İş gününün sonuna yaxın parkın qapısının yanında valideynlər öz övladlarını gözləyir.

Danimarkada məktəblər və uşaq bağçaları aprelin 15-də işə düşüb. Kopenhagendə bu müəssisələrin yalnız 35 faizi fəaliyyətini bərpa edib. Qalanları da yaxın günlərdə işə başlayacaq.

Almaniyada da həyat bərpa olunur. İnsanlar mağazalara, kitab dükanlarına, avtosalonlara, ictimai kitabxanalara və universitet arxivlərinə baş çəkə bilir. Almanlar azadlığı gen-bol yaşamağa başlayıb. Bir şərtlə ki, ictimai yerlərdə maska taxmalıdırlar.

Slovakiyada ərazisi 300 kvadratmetrdən çox olmayan ticarət mərkəzləri işini bərpa edib. Ölkədə karantin rejimini 4 mərhələdə yumşaltmaq nəzərdə tutulub. Amma yaşlılar yalnız səhər saat 9-11 arası küçəyə çıxa bilər.

Fransada Yeni Kaledoniya ərazisində insanlar azadlıq əldə edə bilib. Burada yalnız 18 nəfərdə koronavirus aşkarlanıb. Fransanın cənubunda şagirdlər yavaş-yavaş məktəblərə qayıdır. Parklara və çimərliklərə getməyə icazə var. Daha əvvəlki kimi xüsusi sənəd doldurmaq lazım gəlmir.

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »