Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kim Çen Inı bacısı əvəz edə bilər - Video

Şimali Koreyada xoşagəlməz rüzgar əsir. Qərb mətbuatı yazır ki, ölkə lideri Kim Çen Inın səhhəti yaxşı deyil.

ABŞ kəşfiyyatının dəqiq məlumat əldə etdiyi iddia olunur. Şimali Koreya prezidentinin ürək əməliyyatından sonra vəziyyətinin yaxşı olmadığı bildirilir.

Bizimyol.info xəbər verir ki, indi Qərb mətbuatında həm də Kim Çen Inı kimin əvəz edəcəyi müzakirə olunur. Liderin bacısı Kim Yo-Yonqun adı daha çox hallanır. Cənubi Koreya mətbuatı hesab edir ki, Kim Çen In özünə gələ bilməsə, onun yerini məhz bacısı tutacaq.

Kim Çen In və Kim Yo-Yonq Kim Çen In və Kim Yo-Yonq

Kim Yo-Yonq zəif fiqur deyil. Prezidentin bacısı parlamentdə yer alır, bir çox mühüm məsələlərin məsuliyyətini daşıyır. Kim Çen Inın onunla hesablaşdığı da zamanla Qərb mətbuatında əks olunub.

Kim Çen Inın vəziyyətinin yaxşı olmamasıyla bağlı şübhələr dövlət başçısı babası Kim İr Senin doğum günündə ortada görünməyəndə artmışdı. Bunun ardınca Qərb mətbuatı əminliklə liderin ağır vəziyyətdə olduğunu yazmağa başladı.

Kim Çen In 1984-cü ildə doğulub. O, Şimali Koreyaya 2011-ci ilin dekabrından – atası Kim Çen İrin ölümündən dərhal sonra başçılıq etməyə başlayıb.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »