Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda azərbaycanlılar etiraz aksiyası keçirib - Video

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Şulaveri kəndində etiraz aksiyası keçirilib.

Bizimyol.info xəbər verir ki, mərkəzi yolu bağlayan etirazçılar koronavirusa görə qoyulan məhdudiyyətlər səbəbindən yetişdirdikləri məhsulu satışa çıxara bilmədiklərini bildiriblər. Onların sözlərinə görə, xüsusi icazə ilə rayon ərazisinə daxil olan şirkətlər məhsul alışını aşağı qiymətlə həyata keçirir.

Əraziyə gələn Marneuli meri Zaur Darğallı etirazçılara müraciət edib. Aksiyanın keçirildiyi əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Səlahiyyətli şəxslər kəndlilərdən alınan məhsulun qiymətinin artırılacağını və əraziyə yükləmə üçün əlavə yük maşınları göndəriləcək.

Razılıq əldə ediləndən sonra etirazçılar Şulaveri-Marneuli magistral yolunu açıblar.

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Umayra Tağıyeva qadınlara müraciət edib
››› Yayda şən istirahətin ən ucuz yolu: Turla səyahət - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »