Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qonşu ölkədə benzinin qiyməti aşağı salındı - Video

Dünya neft bazarında gözlənilməz hadisələr baş verir. Bu gün “Brent”in qiymətində son 21 ilin ən aşağı göstəricisi qeydə alınıb.

Bizimyol.info xəbər verir ki, dünya bazarında baş verənlər bəzi ölkələrin benzin siyasətini dəyişib. Ayrı-ayrı dövlətlər yanacağın qiymətini aşağı salmağa başlayıb. Bu sırada Türkiyə də var. Qardaş, qonşu ölkədə benzinin qiymətini azaldıblar. Ümumilikdə qiymət 31 kuruş aşağı salınıb. İndi Türkiyənin əksər şəhərlərində benzinin 1 litri 5 lirədən (72 sent) ucuz satılır.

Neftin dəyərinin azalması dizel yanacağının qiymətinə də təsir göstərib. Türkiyədə bu yanacağın qiyməti daha çox aşağı salınıb. İndi qardaş ölkədə dizeli 41 kuruş ucuz satırlar. İstanbulda qiymət 4.72, İzmirdə isə 4.82-dir.

“Brent” markalı neftə günə 19 dollardan baha başlasa da, sutka ərzində 15.99 göstərici də qeydə alınıb. Azərbaycan nefti isə hətta 16 dollardan da ucuz təklif olunur.

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› DSX-nin əsgəri özünü güllələyib
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
Son xəbərlər
Bütün xəbərlər »