Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kremldən koronavirusla bağlı açıqlama

Kreml koronavirus infeksiyasının süni şəkildə yaradılması barədə irəli sürülən iddiaları sübutsuz və əsassız adlandırıb.

Bu barədə prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

Qeyd olunur ki, bu məsələ Qərb mətbuatında olduqca populyar mövzu sayılır. ABŞ və Qərbi Avropa jurnalistləri həvəslə problem ətrafında müxtəlif ekspertlərin fikirlərini dərc edirlər.

Dmitri Peksov “COVİD-19” virusunun kənardan, qeyri-təbii yolla yaradılması fikrini müdafiə edən ekspertlərin iddialarını inkar edənlərin də sayının az olmadığına diqqət çəkib.

“Hər iki tərəf əslində əllərində kifayət qədər elmi dəlil olmadan danışırlar”, - deyə prezidentin köməkçisi qeyd edib.

Onun fikrincə, ümumiyyətlə virusun qaynağı ilə bağlı dolğun məlumat olmadan rəy bildirmək doğru deyil və hətta yolverilməzdir.

“Biz hər hansı tərəfin ünvanına, elmi cəhətdən əsaslandırılmamış informasiya ilə ittiham irəli sürməyi qəti şəkildə qəbul edə bilmərik”, - deyə Peskov öz dövlətinin mövqeyini bu sözlərlə ifadə edib. (Musavat.com)

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
Son xəbərlər
Bütün xəbərlər »