Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin Səudiyyə şahzadəsi ilə mübahisə edibmiş

OPEK+ üzvlərinin martın ilk günlərindəki iclasından əvvəl Rusiya prezidenti Vladimir Putinlə Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman arasında sərt söhbət baş tutubmuş. “Middle East Eye” iddia edir ki, tərəflərin ciddi mübahisəsi düşüb.

Bizimyol.info xəbər verir ki, Məhəmməd bin Salmanın ultimatumu Putinin xoşuna gəlməyib. Səudiyyə Ərəbistanı şahzadəsi telefon danışığı zamanı çox aqressiv təsir bağışlayıb. O, ölkəsinin şərtlərinə razılaşmağın vacibliyindən danışıb. Məhəmməd bin Salman əks halda qiymət müharibəsinə başlayacaqlarını bildirib. “Middle East Eye” yazır ki, Putin onun dediyi ilə razılaşmayıb.

Məlumdur ki, məhz martın 6-dan sonra dünya bazarında neftin qiyməti kəskin düşməyə başlayıb. OPEK+ üzvlərinin iclasına qədər “Brent”in bareli 53 dollar civarında satılırdı. Bundan sonra qiymət 30-dan aşağı düşdü.

“Middle East Eye” hesab edir ki, Məhəmməd bin Salman ABŞ prezidentinin Yaxın Şərq məsələləri üzrə məsləhətçisi Cared Kuşnerlə söhbətdən sonra çox cəsarətlənib, ona görə də Putinlə telefon danışığı zamanı şərtləri diktə etməyə başlayıb.

OPEK OPEK (Neft ixrac edən ölkələrin təşkilatı)

OPEK+ üzvlərinin aprelin 12-də baş tutan müzakirəsi hasilatın azaldılması ilə nəticələndi. 23 ölkə hasilatı ümumilikdə 9,7 milyon barel azaltdı. Amma aprelin 20-də neft bazarında tarixdə görünməyən hadisə baş verdi ABŞ nefti sayılan WTI-ni -40 dollara satmağa başladılar. Mütəxəssislər belə addımı neft ehtiyatı anbarlarının dolması ilə əlaqələndirdilər.

Azərbaycan nefti də tarixinin ən ağır günlərini yaşayır. “Azeri Light” İtaliyanın Auqusta limanında 15,81 dollara təklif olunur. Ceyhan limanında qiymət lap aşağıdır (14,25).

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »