Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan iqtisadiyyatı postpandemiya dövrünə hazırlaşır - Ekspert

Xəbər verdiyimiz kimi, koronavirus pandemiyasının təsirinə məruz qalan fəaliyyət sahələrinin əmlak və torpaq vergisindən azad olunması ilə yanaşı, həmin sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə seçdikləri vergitutma metodundan asılı olaraq, 2020-ci il 1 yanvar tarixindən etibarən bir il müddətinə bir sıra vergi güzəştlərinin verilməsi nəzərdə tutulur.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə təklif edilən vergi güzəştləri və tətillərin mexanizmi barəsində İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı-ekspert Ruslan Atakişiyev Bizimyol.info-ya açıqlama verib.

Ruslan Atakişiyev Ruslan Atakişiyev

Ekspert vurğulayıb ki, koronavirus pandemiyasının təsirinə məruz qalıb-qalmamasından asılı olmayaraq, bütün mikro sahibkarlar üçün vergi güzəştlərinin verilməsi nəzərdə tutulur. “Azərbaycan hökuməti tərəfindən təsdiq edilən iqtisadi paketlə həm pandemiya, həm də postpandemiya dövründə sahibkarların dəstəklənməsi nəzərdə tutulur. Beləliklə, Milli Məclisə təqdim olunan təkliflər paketinə daxil olan layihələri təhlil etsək görürük ki, güzəşt və təkliflərdə koronavirusun təsirinə birbaşa məruz qalan sahibkarlar, qismən məruz qalan sahibkarlar və ümumiyyətlə bütün sahibkarlar nəzərdə tutulub.

Belə ki, koronavirusun təsirinə birbaşa məruz qalan sahibkarlıq subyektlərinin əmlak vergisi və torpaq vergisi 1 il müddətinə azad edilir. O cümlədən, bu ilin birinci və ikinci rübü üzrə sadələşdirilmiş vergi hesabatının, gəlir və əmlak vergiləri üzrə hesabatların verilməsi və hesablanmış verginin büdcəyə ödənilməsinə cari ilin sentyabr ayının 1-dək vergi tətilinin verilməsi nəzərdə tutulur.

Koronavirusun təsirinə qismən məruz qalan sahibkarlıq subyektləri, xüsusən təhsil ocaqları, ictimai iaşə obyektləri üçün sadələşdirilmiş vergi dərəcəsi 8 faizdən 4 faizə endirilir. Həmçinin, mikro sahibkarlara sadələşdirilmiş vergi üzrə 50 faiz güzəştin verilməsi nəzərdə tutulur”.

Ekspert Ruslan Atakişiyev iqtisadiyyatın postpandemiya dövrünə hazırlaşmasının vacibliyini bildirib: “Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə təklif edilən vergi güzəştləri və tətilləri koronavirusun təsirinə məruz qalmış sahibkarlıq subyetklərinin müflis olmasının qarşısını almaq və xüsusi karantin rejimi vəziyyətində qismən fəaliyyət göstərən sahələrə vergi güzəştləri tətbiq etməklə postpandemiya dövrünə hazırlıqlı olmasına dəstək olmaqdan ibarətdir. Bu güzəştlər imkan verəcək ki sahibkarlıq subyektləri postpandemiya dövründə daha da rəqabətli olsunlar”.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən, pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillərinin verilməsi nəzərdə tutulur. Bununla əlaqədar, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştlərinin və tətillərinin verilməsi ilə bağlı vergi və sosial qanunvericiliyə ediləcək əsas dəyişikliklər layihəsi hazırlanıb. Bununla əlaqədar, İqtisadiyyat Nazirliyi tərəfindən Vergi Məcəlləsi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa zəruri dəyişikliklərlə bağlı təkliflər hazırlanıb. Hökumətdə bir daha baxıldıqdan sonra təkliflər paketinə daxil olan sənəd layihələri Milli Məclisə təqdim olunub.

Ramid İbrahimov

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
››› “Bilmək olmur ki, Ermənistanın nə qədər ərazisi qalıb”
Son xəbərlər
Bütün xəbərlər »