Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məleykə Abbaszadəyə etiraz: İmtahana koronavirusdan sual salınmamalıdır

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin media nümayəndələrinə bildirdiyi bir fikir narazılqıla qarşılanıb. Belə ki, Məleykə Abbaszadə qeyd edib ki, bu il IV ixtisas qrupu üzrə keçiriləcək imtahanlarda koronavirusla bağlı sual olacaq. Bu fikir sosial şəbəkələrdə insanların böyük narazılığına səbəb olub.

Kamran Əsədov Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov Bizimyol.info-ya bildirb ki, bu kimi addım yolverilməzdir.

“ İmtahanlarda verilən suallar dərslikləri əhatə etməlidir. Dərslikdə olmayan ifadə, termin, faktdan test tapşırığı tərtib edilə, orta məktəb bazasından imtahanda iştirak edən şəxslərə təqdim edilə bilməz.

Qəbul və buraxılış imtahanlarında imtahan iştirakçılarına təqdim edilmiş test tapşırıqları orta məktəb dərsliklərində keçirilmiş mövzulardan olmalıdır. Bu bir tələbdir. Heç kim orta məktəb proqramından kənar mövzudan, termin və ifadədən qəbul imtahanında test tapşırığı tərtib edə bilməz, o termindən istifadə edə bilməz.

10 sinif Biologiya kitabında 3-cü bölməsi olan epidemologiya bölməsində 9 paraqraf, 26 səhifə viruslar və bakteriyalara ayrılıb. Orada müxtəlif növ viruslar bardə məlumat verilib. Məhz qəbul imtahanlarında bu mənbədən istifadə oluna bilər. Bundan kənar isə heç bir mənbədəki məlumatı test predimenti etmək olmaz.

Bəli, viruslardan test tapşırığı salına bilər. Amma bu orta məktəb kitablarında proqrama salınmış viruslardan ola bilər. Əgər dərsliklərdə koronavirusla bağlı məlumat yoxdursa, ondan test tapşırığı tərtib etmək, imtahan iştirakçısına təqdim etmək olmaz”,- deyə ekspert vurğulayıb.

Görünür koronavirus yalnız səhhətimizə xələl verməklə qalmayıb, beynimizi də xeyli yoracaq.

İlhamə

Paylaş »
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Qardaş qardaşa qonaq gəlir, Şuşa dağları al geyinib
Son xəbərlər
Bütün xəbərlər »