Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
XİN: Aprelin 20-dən Rusiya-Azərbaycan sərhədini 548 nəfər keçib

Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi müddətində Rusiya Federasiyasında yaşayan vətəndaşlarımızın ölkəyə geri dönüşü ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb.

XİN-dən APA-ya verilən məlumata görə, Rusiya Federasiyasında müvəqqəti olan və ölkəmizə qayıtmaq istəyən vətəndaşlarımızın geri dönüşünü təmin etmək məqsədilə www.evegedirem.info xüsusi portalı yaradılıb.

“Bu portalda qeydiyyatdan keçmə ardıcıllığına uyğun olaraq, vətəndaşlarımızın əvvəlcədən məlumatlandırılmaqla ölkəyə geri dönüşü təmin edilir.

Son günlər ərzində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin dəstəyi, eləcə də Rusiya Federasiyasının aidiyyəti dövlət qurumları ilə əlaqələndirmə və əməkdaşlıq çərçivəsində bir qrup vətəndaşımızın sərhəd keçid məntəqəsində əvvəlcədən təyin edilmiş xüsusi dəhliz vasitəsilə ölkəyə qayıdışı təmin edilib.

Ümumilikdə, bu ilin 20 aprel tarixindən etibarən sərhədi 548 nəfər keçib və geri qayıdan bütün vətəndaşlar müəyyən olunmuş müddətə karantinə yerləşdiriliblər.

Xatırladırıq ki, “Evə gedirəm” portalında qeydiyyatdan keçmiş şəxslər növbəti keçidin tarixi barədə telefon zəngi və ya SMS vasitəsilə əvvəlcədən məlumatlandırılacaqlar.

Rusiya Federasiyası ərazisində olan və xüsusi portalda qeydiyyatdan keçmiş vətəndaşlarımızın qabaqcadan sərhəd keçid məntəqələrinə və hava limanına gəlməsinə heç bir zərurət yoxdur. Onlara öz yaşayış yerlərində qalmaq və müvafiq məlumatı gözləmək tövsiyə olunur”, - deyə məlumatda qeyd olunub.

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› “Paşinyan Azərbaycanla sülh sazişi imzalayacaq” - Ermənistan mediası
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
Son xəbərlər
Bütün xəbərlər »