Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gizli fəaliyyət göstərən “play station” zalı aşkar edilib

Binəqədi rayonunda karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən “play station” zalı aşkar edilib

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən “play station” oyun zalı aşkar edilib. Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qəsəbə ərazisində paytaxt sakini Cəlal Cabbarlının “play station” salonu işlətdiyi məlum olub.

Obyektə baxış zamanı daha iki nəfər müştərinin xüsusi karantin qaydalarını pozaraq oyun zalında olduqları aşkar edilib. C.Cabbarlı və müştərilər saxlanılaraq Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilən barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada cəzalandırılıblar.

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »