Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2 saatlıq icazə alıb rayondan çıxmaq istədi

8103 nömrəsinə müraciət edib icazə alaraq rayondan çıxmaq istəyən saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, aprelin 20-də Samux rayon sakini Şahmar Əliyev 8103 nömrəsinə müraciət edərək evdən 2 saatlıq çıxmağa icazə alıb. Lakin o, müvafiq icazəni təyinatı üzrə istifadə etmək əvəzinə rayon ərazisini tərk etmək istəyib. Bu zaman rayonun çıxışında xidmət aparan polis əməkdaşları, vətəndaşa karantin qaydalarını izah edərək bunun yolverilməz olduğunu bildiriblər və ondan geri qayıtmasını tələb ediblər. Ş.Əliyev polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymaraq, onların xidmətinə mane olmağa çalışdığına görə saxlanılaraq Samux rayon Polis Şöbəsinə gətirilib.

Aidiyyəti məhkəmənin qərarı ilə Ş.Əliyev 10 gün müddətə inzibati qaydada həbs edilib.

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
››› Putin 56 nəfərə general rütbəsi verib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Paşinyan: Azərbaycan və Rusiya ilə birlikdə Kəlbəcər-Sotk sərhədindəki problemin yekun həllinə yaxınlaşırıq
Son xəbərlər
Bütün xəbərlər »