Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda universitetlər Ramazan ayından sonra açılacaq

İranda universitetlər Ramazan ayından sonra açılacaq.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Tibb Universitetinin Qiymətləndirmə idarəsinin rəhbəri Abtin Heydərzadə deyib. Onun sözlərinə görə, ölkədə təhsil ili universitetlər açıldıqdan sonra 2 ay müddətinə davam etdiriləcək və daha sonra sınaq imtahanları təşkil olunacaq: “Tibb Universitetinin də imtahanları ali məktəblər açıldıqdan sonra təşkil olunacaq”.

Qeyd edək ki, İranın Təhsil Nazirliyi məktəblərdə dərslərin nə zaman açılacağı ilə bağlı qərar qəbul etməyib. Dərslər virtual şəkildə təşkil olunur, lakin məktəblərin gələn ay açılması və imtahanlar üçün hazırlıq işləri aparılır.

Xatırladaq ki, koronavirus epidemiyasının yayılması ilə İranda xüsusi karantin rejimi elan olunub və bir sıra məhdudiyyətlər tətbiq edilib. Hazırda həmin məhdudiyyətlərin mərhələli şəkildə aradan qaldırılması istiqamətində işlər görülür. Belə ki, artıq mağazaların fəaliyyətinə ötən həftənin şənbə günündən icazə verilib. Bu gün isə parklar və əyləncə mərkəzlərinin fəaliyyətinə icazə verilib.

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Umayra Tağıyeva qadınlara müraciət edib
Son xəbərlər
Bütün xəbərlər »