Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat : “Postpandemiya dövründə Azərbaycanda yeni iqtisadi model tətbiq ediləcək”

“Azərbaycanda postpandemiya dövründə ölkədə iqtisadi aktivliyin qısa zamanda bəra olunması əsas priorotetlərdən biridir. Hesab edirəm ki, postpandemiya dövrü üçün hazırlanan iqisadi paket Azərbaycanda yeni iqtisadi modelin tətbiq edilməsinə imkan verəcək”.

Bunu “ölkə.az”a açıqlamasında deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, iqtisadiyyatın postpandemiya dövrünə hazırlaşması vacibdir. “İqtisadi aktiliyin qısa zamanda bərpası əsas prioritetlərdəndir. Nəzərə alsaq ki, İqtisadiyyat nazirliyi tərəfindən hazırlanan iqtisadi paketdə təkcə, pandemiya dövrünün mənfi təsirlərini deyil, həmçinin postpandemiya dövründa sahibkarların dəstəklənməsi nəzərdə tutulur. Burada vergi güzəştləri, güzəştli kreditlərə çıxışların artırılması nəzərdə tutulur”.

O bildirib ki, Azərbaycan Prezidenti də bu günlərdə 2020-ci ilin növbəti aylarında struktur islahatların, gizli iqtisadiyyatın aradan qaldırılamsı istiqamətində islahatlar davam etdiriləcək: “Bu islahatlar iqtisadiyyaıtn şaxələndirilməsinə və neftdən asılılığın aradan qaldırılmasına xidmət edir. Azərbaycan üçün qarşıdakı dövrdə əsas prioritet məsələlərdən biri şaxələndirilməsi olmalıdır”.

V. Bayramov hesab edir ki, postpandemiya dövründə iqtisadi menecmentə fərqli yanaşma tələb edir: “Onlayn memcment sistemi formalaşdırılmasına diqqət ayrılmalıdır. Bu istiqamətdə sahibkarlara texnoloji dəstək verilməlidir”.

Deputat onlayn ticarətə dəstək vermək üçün hökumətə post pandemiya dövründə vergi güzəştləri pketinin genişləndirilməsini təklif edir. “Onlayn ticarətə məşğul olan sahibakrlar üçün ƏDV-nin ləğvinə ehtiyac var. ABŞ və digər ölkələrdə onlayn ticarətlə məşğul olan sahibkarlar ƏDV-dən azaddır. Odur ki, bu oxşar praktika Azərbaycanda tətbiq olunmalıdır. Postpandemiya dövründə onlayn ticarətin inkişafı müşahidə edilməsi gözlənilir”-V. Bayramov vurğulayıb.

Deputat postpandemiya dövründə əsas diqqətin regionda fəaliyyət göstərən sahibkarlara yönəldilməsini təklif edir. “Regionlarda fəaliyyət göstərən sahibkarların güzəştli kreditlərə çıxışını təmin etmək lazımdır. Xüsusən də girov məsələsi ilə bağlı təkmilləşdirilməlidir. Girov sistemini təkmilləşdirməklə regionda fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlərə çıxışını tmin etmək olar. Çünki onların buna daha çox ehtiyacı var. Bu gün Azərbaycanın 15,1 milyardlıq kredit portfelinin 12,1 milyardı Bakının payına düşür. Bu o deməkdir ki, bütün regionlar ümumlikdə kredit protfelinin 20 fazini formalaşdırır . Əgər qeyri-neft sektorunun inkişafını istəyiriksə, bu problem aradan qaldırılmalıdır”.

Deputat onu da əlavə edib ki, ümumiyyətlə hökumət postpandemiya dövründə bu istiqamətdəki fəaliyyətini gücləndirəcək: “Bununla da Azərbaycan postpandemiya dövründə yeni iqtisadi model tətbiq edəcək və İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanaraq təklif edilən iqtisadi paket də bundan xəbər verir. Çünki postpandemiya dövründə sahibaklara geniş güzəşt paketi nəzərdə tutur. Bu da xüsusən də postpandemiya dövründə sahibkarların dövlət tərəfindən daha yaxından dəstəklənməsinə xidmət edəcək”.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib, saxlanılanlar var
Son xəbərlər
Bütün xəbərlər »