Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda internet böhranı yaşanır, rəsmi qurumlar isə susur - Açıqlama

Hazırkı şəraitdə əhaliyə gösətilərən onlayn xidmətlər artdığı üçün internetə tələbat artıb. Belə bir vəziyyətdə internetin verilişində dünən problem yaşandı.

Ölkə üzrə bütün rəsmi qurumların dünən Azərbaycan internetində baş verənlərdən, informasiya təhlükəsizliyi üçün yaranan problemdən xəbərdar olduğu bir zamanda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytında açıqlama verilməməsi anlaşılan deyil.

Problem sosial şəbəkədə müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini və digər aidiyyatı qurumları hazırkı şəraitdə Azərbaycanda internetin dayanıqlığını qorumaq üçün zəruri tədbirlər görməyə çağırıblar.

“Elektron Ticarət” İctimai Birliyinin idarə heyətinin üzvü, internet və kommunikasiya məsələləri üzrə ekspert Nicat Manafov Bizimyol.info-ya bildirib ki, ölkədə internetin dayanaqlığını təmin etmək üçün provayderlərin internet xətlərində alternativləri artırılmalıdır.

Nicat Manafov Nicat Manafov

“Ölkəyə gələn internet kanallarının sayı artırılmalıdır, provayderlərin alternativləri artmalıdır ki, internet kəsilməsin. Azərbaycanda provayderlərin hamısına peykdən internet verilməlidir ki, yerlərdəki kanallarda problem olduqda peykdən aldığı internetlə dayanaqlığı təmin etmək mümkün olsun”,- deyə ekspert bildirib.

O qeyd edib ki, alternativlər olmadığı üçün hansısa şirkətdə yaranan problemlər Azərbaycanda fəaliyyət göstərən bütün provayderlərin texniki resurslarına təsir edir: “Belə olan halda internetin verilişi dayanır. Keçmişdə də bu kimi hallar baş verib, bu gün də həmin problemlər qalmaqdadır. Bu problemin olmaması üçün bütün provayderlərə iki-üç xətdən internet gəlməlidir”.

Ekspert bildirib ki, internetin kəsilməsi problemi ilə bağlı rəsmi açıqlamanın gecikməsinə səbəb bu problemin araşdırılmasının çox vaxt aparmasıdır: “Amma internet istifadəçilərini bu problemin yaranma səbəbi maraqlandırmır. Biz informasiya cəmiyyəti dövründə yaşayırıq. İnternet şəbəkəsinin işləməməsi kommersiya şirkətlərinə milyonlarla ziyan vurmuş olur. İnternet bankçılığına və dövlət xidmətlərinə əlçatımlılığın qarşısını alır, tədris layihələrini çökdürür”.

Ramid İbrahimov

Paylaş »
››› Bakıda cinsi azlıqların bayrağını əks etdirən oyuncaqlar yayılıb - Foto
››› İranın yeni prezidenti bəlli oldu - Foto
››› İki övladı olan şəhidin ailəsi Bakıda yeni ikiotaqlı mənzillə təmin edilib
››› Melikyan “Şuşa Bəyannaməsi” barədə: “Rusların Qarabağda uzun müddət qalması şübhəli görünür”
››› “Gürcüstan və Ukrayna NATO-ya üzv ola bilər” – Qərb mətbuatı
››› Qarabağ münaqişəsini kimlər yenidən başlatmaq istəyir?..
››› Rusiyada təyyarə qəzası: ölənlər və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »