Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Premium kart sahibləri üçün şəxsi çatbot

Azərbaycan Beynəlxalq Bankı özünün premium kart sahibləri üçün yeni imkan yaradıb. Bank VISA və Mastercard beynəlxalq ödəniş sistemləri tərəfindən təqdim olunan Chatbot-Concierge (şəxsi köməkçi) xidmətini kart sahiblərinin istifadəsinə verib.

Belə ki, artıq Bankın VISA Platinum, VISA Infinite kart sahibləri Telegram, Messenger və Viber vasitəsilə VISA Chatbot-Concierge xidmətindən, Mastercard World Elite kart sahibləri isə Whatsapp, Telegram, Messenger və Viber vasitəsilə MC Chatbot- Concierge xidmətindən ödənişsiz istifadə edə bilərlər. Müştəri müvafiq kartları Azərbaycan Beynəlxalq Bankından əldə edərkən bu xidmətə avtomatik qoşulur. Kartın istifadə müddəti boyunca heç bir xidmət haqqı ödəmədən bu unikal imkandan faydalanır.

Konsyerj xidməti bir çox üstünlükləri özündə birləşdirir: işgüzar səfərlər və səyahətlərlə bağlı faydalı məlumatlar, məsləhətlər verir. Şəhər bələdçisi, biznes etiketləri, pasport və viza tələbləri, hava şəraiti və digər çoxsaylı lazımi məlumatları istənilən vaxt kart sahibinin diqqətinə çatdırır. Bu xidmət vasitəsilə, gəzinti turlarının tarixi, əyləncə və idman tədbirləri, dünyanın müxtəlif şəhərlərindəki restoranlarla bağlı məlumat və tövsiyələr almaq olar.

Konsyerj xidməti vasitəsilə kart sahibi üçün təyyarə biletlərinin, otellərin bron edilməsi, avtomobil icarəsi, təyyarə yaxud yaxtalarla özəl səyahətlər təşkil edilir. Konsertlər, idman yarışları da daxil olmaqla bir çox əyləncə tədbirlərinə giriş təmin olunur. Kart sahibi getdiyi yerlərdə biznes (katiblər, kuryer xidmətləri və s.), məişət (kommunal, dayə, kurslar, şəxsi məşqçilər və s.) və peşəkar xidmətlərə (tibbi, hüquqi və s.) ehtiyac duyduqda konsyerj xidməti onlara anında kömək göstərir. Ətraflı məlumatları buradan əldə etmək mümkündür.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Paylaş »
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› “Meşə də azərbaycanlılara qalıb, bilmirik ki, qışda odunu haradan gətirəcəyik”
››› 111 yaşlı qoca uzunömürlülüyünə səbəb olan qəribə qidanın adını açıqladı
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› "Azərbaycanlılar heç yerə getməyiblər, əksinə, 200-300 metr də irəli gəliblər”
››› “Qərblə yaxınlaşmaq Azərbaycana Rusiyaya qarşı manevr imkanı verəcək”
Son xəbərlər
Bütün xəbərlər »