Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Elmar Rüstəmovun devalvasiya qorxusu var” - Ekspert

"Bu il dünya bazarlarında neftin qiyməti ilk dəfə kəskin ucuzlaşanda martın 11-də, yəni 40 gün öncə Mərkəzi Bankın sədri Elmar Rüstəmov bəyanat verdi ki, hökumətin və Mərkəzi Bankın “B” planı var. Bu planın məhz neftin 30-35 ABŞ dollara enməsinə hazırlanıb. E.Rüstəmov təəssüf ki o zaman “B” planının nə olmasını açıqlamadı. Amma təsəvvürümüz var. Belə ki, əvvəlki illərin təcrübəsindən bilirik Mərkəzi Bank valyuta ehtiyatları hesabına məzənnəni saxlayır”.

Bunu Bizimyol.info-ya açıqlamasında bank üzrə ekspert Əkrəm Həsənov bildirib.

Əkrəm Həsənov

Ekspert qeyd edib ki, həqiqətən də, son 40 gün ərzində milli valyutanın məzənnəsini saxlanılması üçün Mərkəzi Bank valyuta ehtiyatlarından istifadə etdi və banklar vasitəsilə süni yollarla sahibkarların və vətəndaşların xarici valyuta almasının qarşısını aldı: “Məsələn, vətəndaşın manatını dollara çevirmədilər. Yəni süni dollar qıtlığı yaratmaqla və valyuta ehtiyatlarını xərcləməklə məzənnəni saxladılar.

Bir fakt da ortaya çıxdı ki, hazırda ölkələrin qapanmasına görə xarici valyutaya tələbat azaldı. Amma yenə də 2 milyard dollar valyuta ehtiyatlarından xərclənib. Bu da kifayət qədər böyük məbləğdir. Təsəvvür edirəm ki xüsusi karantin rejimi olmasaydı, valyuta ehtiyatlarından daha çox vəsait xərclənəcəkdir”.

Ekspert bildirib ki, “OPEC+” sazişinə baxmayaraq, neftin qiyməti dünya bazarında ucuzlaşmağa davam edir: “Hazırda neftin qiyməti 20 dollardan aşağıdır. Elmar Rüstəmovun “B” planı neftin 30-35 ABŞ dollara enməsi üçün idi, bəs indi hansı planı var? Bu dəfə planını da izah etməlidir. Bu vəziyyətdə valyutanı hansı həddədək istifadə etdərək milli malyutanının məzənnəsini saxlamağı planlaşdırıldığını bəyan etməlidir.

Onu da bəyanatında izah etsin ki, bu gün banklarda kreditləşmə dayanıb, nəinki istehlak sahəsinə, real sektora da kredit verilmir. Bu yolla postkarantin dövründə iqtisadiyyatımızı necə dirçələcək? Bütün dünya bu gün sahibkarlara ucuz kredit verir. Çünki həmin ölkələrdə Mərkəzi Bank banklara ucuz kredit verir, bizdə isə vermir. Çünki devalvasiyadan qorxur. Xaricdə Mərkəzi Banklar uçot dərəcəsini aşağı saldılar, Azərbaycan Mərkəzi Bakı isə bu addımı atmadı. Elmar Rüstəmovun fəaliyyətisizliyi nəticəsində bu kimi vəziyyətlərlə bağlı mexanizm hazırlanmayıb.

Artıq Elmar Rüstəmov nəyin bahasına olur-olsun məzənnəni qorumağı, amma iqtisadiyyatı pulsuz qoyacağını bəyan etsin. Mərkəzi Bankın rəhbəri bütün bu məsələlərlə bağlı bəyanat verməlidir”.

Ramid İbrahimov

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »