Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusun 30 fərqli növü aşkarlanıb

Avropada daha aqressiv şəkildə özünü göstərən və daha çox ölümə səbəb olan koronavirusun araşdırmaları göstərib ki, o çox sürətlə mutasiyaya uğrayıb və artıq 30-dan çox alt növ yaranıb.

Bizimyol.info “Milliyət” qəzetinə istinadən xəbər verir ki, virusun təhlükəli mutasiya formaları digər növlərə nisbətən 270 dəfə sürətlə çoxala bilir.

Çin alimləri koronavirusun Avropada çox sayda ölümlərə səbəb olmasının səbəbini bununla izah edirlər.

Onların fikrinə görə, virusun mutasiya etməsi ölümlərin sayını artırıb. Mutasiya etmiş bu 30 növdən bəziləri olduqca təhlükəlidir və ölüm faizinin artmasına gətirib çıxarır.

Koronavirusun ən yüngül və zərərsiz mutasiya forması ABŞ-ın Vaşinqton ştatında, ən qorxunc forması İtaliya və İranda özünü göstərib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »