Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Narkotik bitkilər becərən şəxs saxlanılıb

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbiri keçirilib.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayonun Kürdəmiş kəndində narkotik tərkibli çətənə bitkisi əkib-becərən şəxs saxlanılıb. Kənd sakini Orxan Kərimova məxsus evin həyətyanı sahəsinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilmiş 19 ədəd çətənə bitkisinin şitilləri aşkar edilərək maddi sübut kimi götürülüb. O.Kərimov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› DSX-nin əsgəri özünü güllələyib
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
Son xəbərlər
Bütün xəbərlər »