Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Karantin ingilislərin qumara qurşanmasına şərait yaradır

Karantin günlərində vaxtını yaxşı keçirmək heç də asan deyil. İzolyasiya günlərinin uzunluğu həm də pis vərdişlərin yaranmasına gətirib çıxara bilər.

Bizimyol.info xəbər verir ki, karantin ingilislərin qumara qurşanmasına şərait yaradır. “Euronews”un reportajında bundan danışılıb. Böyük Britaniya fəallarının fikrincə, karantin ingilislərə yaxşı təsir göstərmir. Çünki bukmeykerlər bekar dayanmır. Telekanallarda ayrı-ayrı oyunların çoxlu reklamları yer alır. İnsanları pul qazanmağa şirnikləndirirlər. Son nəticədə isə ingilislər bukmeykerlərə çoxlu pul uduzur.

Futbol çempionatlarının dayandırılması da heç nəyə mane olmur. Müxtəlif oyun tətbiqləri bukmeykerlərin işinə yarayır. Karantin günlərinin darıxdırıcı olması da onların çörəyinə yağ sürtür.

Kerolin Herris Kerolin Herris

Böyük Britaniya parlamentinin deputatı və mərc oyunlarından asılılıq komitəsinin sədri Kerolin Herris əmindir ki, insanlar bu əyləncəyə daha çox vaxt və pul ayırmağa başlayıb: “Maraq darıxmaqdan və ya buna çox diqqət ayırmağın mümkünlüyündən artır. Mərc oyunları insanları daha çox yoldan çıxarmağa başlayıb”.

Aleks Meysi “Euronews”a deyib ki, mərc oyunlarından asılılığı öz təcrübəsindən çox yaxşı bilir. O, asılılıqdan canını qurtara bilib, indi “Gamvisory” təşəbbüs qrupuna rəhbərlik etməklə başqalarının köməyinə çatmağa çalışır: “Sanki duman içində yaşayırdım”.

Aleksin sözlərinə görə, ona kömək üçün müraciət edənlərin arasında məhz karantinə görə asılılığının artdığı adamlar var: “Sosial şəbəkələrdə çox vaxt keçirirlər. Təbii ki, qarşıya daha çox reklam çıxır. Bir də xəbər tuturlar ki, bank hesabındakı məbləğ əriyib”.

Böyük Britaniya hökuməti bu istiqamətdə böyük miqyaslı təhqiqat aparacağına söz verir. Fəallar isə hökuməti karantin günlərindən daha çox müştərini yoldan çıxarmağa çalışan mərc oyunları industriyasını cəzalandırmağa çağırır.

Paylaş »
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› ABŞ Azərbaycan və Ermənistana çağırış etdi
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Livandan İsrailə raketlər atılıb
››› Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı
››› Azərbaycanda atanın törətdiyi qəzada qızı öldü
Son xəbərlər
Bütün xəbərlər »