Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın su ehtiyatları azalıb

Azərbaycana çaylar vasitəsilə daxil olan suyun həcmi azalıb.

Bu barədə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə məlumat verib.

Əhməd Əhmədzadə Əhməd Əhmədzadə

"2019-cu ildə daxil olan suyun həcmi 2018-ci ilə nisbətən 4 milyard kubmetr az olub. Məsələn, təkcə Samur çayı üzrə illik göstərici 1,8-2 milyard kubmetrdən 800 milyon kubmetrə düşüb. Bundan başqa, Azərbaycanın göllərinin tutumu 21 milyard kubmetr olsa da, son iki ildə bu rəqəm 10 milyard kubmetrə düşüb. Ümumiyyətlə, 5 ildir ki, quraqlığa görə su qıtlığı müşahidə edilir.

Buna görə də, sudan səmərəli istifadə vacib məsələdir. Hazırda ölkədəki su ehtiyatlarının 70%-i suvarma işləri, qalan 30%-i isə məişət və su elektrik stansiyasılarında enerji əldə edilməsi üçün istifadə edilir. Bu üç istiqamətin bir-birilə uyğunlaşdırılması vacibdir" - deyə o, qeyd edib. (Report.az)

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »